Bugün, 8 Eylül 2024 Pazar
  • BIST 100

    9771,16%-1,67
  • DOLAR

    33,97% 0,11
  • EURO

    37,62% -0,39
  • GRAM ALTIN

    2725,00% -0,77
  • Ç. ALTIN

    4472,67% 0,18

“GÖZLƏRİM NURU, İKİ ALƏMDƏ VARIM, QANDASAN?!”

Prof.Dok. Esmira Fuad

Köşe Yazarları 26.07.2024 19:07:00 0
 “GÖZLƏRİM NURU, İKİ ALƏMDƏ VARIM, QANDASAN?!”

Prof.Dok. Esmira Fuad

 “GÖZLƏRİM NURU, İKİ ALƏMDƏ VARIM, QANDASAN?!”

 

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, 

Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. 

Ərşlə fərşu kafü nun, məndə bulundu cümlə çün, 

Kəs sözunüvü əbsəm ol, şərhü bəyanə sığmazam. 

Kövnü məkandır ayətim, zatidürür bidayətim, 

Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. 

Kimsə gümanü zənn ilə olmadı Həqq ilə biliş, 

Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam. 

Surətə baxü mənini surət içində tanı kim, 

Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. 

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm, 

Bunca qumaşü rəxt ilə mən bu dükanə sığmazam. 

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, 

Gövhəri-kan mənəm mən uş, bəhrəvü kanə sığmazam. 

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm, 

Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. 

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm, 

Gör bu lətifeyi ki, mən dəhru zəmanə sığmazam. 

Əncüm ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,

Çək dilinivü əbsəm ol, mən bu lisanə sığmazam.

 

Se­yid İma­dəd­di­ni Nə­si­mi­yə – Haqq aşi­qi­nə çe­vi­rən ən məş­hur qə­zəl... Gü­nü­müz­də də için­də­ki giz­li mə­na­lar, sə­tir­lə­ri ara­sın­dan boy ve­rən fəl­sə­fi fi­kir­lər hey­rət do­ğu­rur, öy­rə­ni­lir, izah edi­lir, dür­lü-dür­lü şərh­lər ve­ri­lir. Hə­min şərh­lərin izi ilə gedən tədqiqatçıların səylərindən isə Nə­­si­mi sö­zü­nün seh­ri­nə bü­rün­müş ne­çə-ne­çə ki­tab­lar do­ğu­lur, məqalələr yazılır. Mis­­ra­la­rı kə­lam­lar, zərb-mə­səl­lər sı­ra­sı­na əla­və olu­nur. Am­ma 1973-cü il­də yep­ye­ni bir olay baş ve­rir və “Nə­si­mi” adı daha çox po­pul­yar­lıq qa­za­nır. Bu populyarlığın təşviqi sonucunda “Azər­bay­can xal­qı­nın gör­kəm­li şa­ir və fi­lo­so­fu, hü­ru­fi tə­ri­qə­ti­nin nəğ­mə­ka­rı, in­san zə­ka­sı­nın, is­te­da­dı­nın və hiss­­lə­ri­nin gö­zəl­li­yi­nin tə­rən­nüm­çü­sü”[1] olan bu türk ay­dı­nı­nın – Se­yid İma­dəd­din Nə­si­mi­nin­ ana­dan ol­ma­sı­nın 600 il­li­yi­nə həsr olu­nan “Nə­si­mi” fil­mi çə­ki­lir. 

5 iyun 1974-cü il ta­ri­xin­də fil­mə ilk ba­xış ke­çi­ri­lir və az son­ra “Nə­si­mi” bü­tün əzə­mə­ti ilə ek­ran­la­ra çı­xır... Sse­na­ri mü­əl­li­fi İsa Hü­­sey­nov, re­jis­so­ru isə işi­nin pe­şə­ka­rı Hə­sən Se­yid­bəy­li olan film keç­miş So­vet­lər it­ti­fa­qı­nı təş­kil edən 15 res­pub­li­ka­ya və yu­bi­ley təd­bir­lə­ri həm də YU­NES­KO-nun xət­ti ilə ke­çi­ril­di­yin­dən, bir sı­ra dün­ya öl­kə­lə­ri­nə də ün sa­lır. Azər­bay­can ta­ma­şa­çı­sı­na və ədə­biy­yat sev­da­­lı­la­rı­na Se­yid İma­dəd­din Nə­si­mi­ni – sa­də­cə “Nə­si­mi” ki­mi yad­daş­lar­da əbə­di qa­lan fi­kir və söz ba­ha­dı­rı­nı da­ha çox ya­zı­çı İsa Hü­sey­no­vun “Məh­şər” ro­ma­nı əsa­sın­da Hə­sən Se­yid­bəy­li­nin çək­di­yi məhz bu ek­ran əsə­ri və fil­min baş qəh­rə­ma­nı­nın ob­ra­zı­nı ya­ra­dan – möh­tə­şəm ifa­sı, mi­sil­siz akt­yor­luq mə­ha­rə­ti ilə se­çi­lən Ra­sim Ba­la­yev sev­dir­di, - de­səm, yə­qin ki, ya­­nıl­­ma­ram. Film­də Nə­si­mi­nin də­rin fəl­sə­fi mə­na yük­lü qə­zəl­lə­ri Ra­sim Ba­la­ye­vin ifa­sın­da o qə­dər əzə­mət­li səs­lə­nir ki!.. O sehr­li səs, o dür­lü-dür­lü fi­kir­lər, əru­zun təq­ti­lə­ri­nin o düz­gün­lük­də ifa­sı (fil­min məs­lə­hət­çi­si Əli Fəh­mi ob­ra­zın xa­rak­te­ri­ni, səh­nə­lər­də­ki şe­ir par­ça­la­rı­nın de­yil­mə tər­zi­ni akt­yor­la­rın tam mə­nim­sə­mə­si üçün qə­zəl­lə­rin hər mis­ra­sı­nı on­la­ra bir-bir izah edir­miş[2]) fil­mə ba­xan in­san-ta­ma­şa­çı­nın bir­ba­şa bey­ni­nə-dü­şün­cə mər­kə­zi­nə mil­lə­nir­di.

Bü­tün mə­na­lı hə­ya­tı­nı Nə­si­mi ir­si­nin araş­dı­rıl­ma­sı­na və ta­nı­dıl­ma­sı­na, şa­ir öm­rü­nün açıl­ma­mış sə­hi­fə­lə­ri­nə, hə­yat və ya­ra­dı­cı­lı­ğın­da­kı mü­ba­hi­sə­li mə­qam­la­ra ay­dın­lıq gə­tir­mə­yə, da­­­hi söz us­ta­dı­nı da­ha çox, həm də ol­du­ğu ki­mi sun­ma­ğa ada­mış Səa­dət Şı­xı­ye­va­nı da Nə­si­mi­yə sev­da­lan­dı­ran məhz hə­min film olur. Bu­na şüb­hə et­mi­rəm, çünki ədə­biy­ya­tın, söz sə­nə­ti­nin için­də olan bir araş­dı­rı­cı ki­mi, mən də bu sev­da­dan yal­nız və yal­nız se­vinc, fə­rəh hiss­lə­ri du­yu­ram. Bu qut­sal­lıq, bu vaz­ke­çil­məz sev­da mə­nə­vi də­yər­lə­ri­mi­zə, mə­də­niy­yə­ti­mi­zə, ədə­biy­ya­tı­mı­za sa­hib­lən­mək və gə­lə­cək nə­sil­lə­rə ötür­mək mis­si­ya­sı­nın nə qə­dər zövq­lü, nə qə­dər gə­rək­li, ey­ni za­man­da nə qə­dər önəm­li ol­du­ğu­nu yan­sı­dır... 

Ke­çən əs­rin 80-ci il­lə­rin­dən eti­ba­rən öl­məz şai­rin bə­dii ir­si­ni ar­dı­cıl təd­qiq et­mə­yə baş­la­yan, gü­nü­mü­zə­dək də el­min çə­tin və şə­rəf­li yo­lun­da əzm­lə irə­li­lə­yən və Nə­si­mi şei­ri­nin sir­lə­ri­nə, ta­ri­xi bir şəx­siy­yət ki­mi xa­rak­te­rin­də­ki giz­lin­lə­ri­nə va­qif ol­duq­ca, ona da­ha çox bağ­la­nan Səa­dət xa­nım bir-bi­rin­dən də­yər­li araş­dır­­ma­la­rı və Nə­si­mi­yə üm­man-üm­man sev­gi­si ilə ar­tıq möv­zu­ya öz mö­hü­rü­nü vu­rub, nə­si­mi­şü­nas alim ki­mi öl­kə­miz­də və türk dün­ya­sın­da ta­nı­nıb, hət­ta şai­rin mə­nə­vi va­ri­si sta­tu­su­nu qa­za­nıb. Bu mə­qam­da onu Nə­si­mi­yə sev­da­lan­dı­ran ən önəm­li nə­dən­lə­ri oxu­cu­ya təd­qi­qat­çı­nın öz söz­lə­ri ilə çat­dır­sam, fi­kir­lə­ri­mə da­ha eti­bar­lı söy­kək olar, - dü­şün­cə­sin­də­yəm: “Azər­bay­ca­nın söz sə­nə­ti və dü­şün­cə ta­ri­xin­də ən uca mə­­qam­­lar­dan bi­ri­nin sa­hi­bi olan Se­yid İma­dəd­din Nə­si­mi­nin (öl.: 1417) ca­zi­bə qüv­və­si yü­zil­lər­dir ki, öz çə­ki­ci­li­yi­ni qo­ru­yur. Onun bu gün də da­vam edən cəz­bet­mə gü­cü çox­yön­lü və ka­mil şəx­siy­­yə­tin­də, ya­xud ədə­bi ya­ra­dı­cı­lı­ğı, fəl­sə­fi-ir­fa­ni dün­ya­­gö­rü­şü, di­ni əqi­də­si və s.-də­­dir­­mi­­? - sua­lı­na bir­mə­na­lı ca­vab ver­mək çə­tin­dir. Çün­­ki Nə­si­mi bu cə­hət­lə­ri­nin hər bi­ri ilə yü­zil­lər bo­yun­ca ma­raq do­­ğur­muş, sir­lər­lə do­lu hə­ya­tı və ila­hi qay­naq­lı kə­la­mı ilə özü­nü unut­dur­ma­­mış­dır. Onun əs­ra­rən­giz fi­kir dün­ya­sı­nın cəz­bet­mə gü­cü­nə məm­­nun­luq­la ta­be olan­lar­dan bi­ri də mə­nəm... Hə­lə ADU-nun (in­di­ki BDU) fi­lo­lo­gi­ya fa­kül­tə­sin­də ikin­ci kurs tə­lə­bə­si olar­­kən gə­lə­cək yo­lu­mu mü­əy­yən­ləş­dir­dim: nə­si­mi­şü­nas ola­ca­­ğam. Bu məf­tun­­luq­­da müx­tə­lif amil­lər tə­sir­siz ötüş­mə­di: şai­rin öz əsər­­lə­ri (H.Aras­­lı nəş­ri­ni or­ta mək­təb­dən ki­tab­xa­na­ma da­xil et­miş­­dim), uni­ver­si­tet­də or­ta əsr­lər ədə­biy­ya­tın­dan dərs de­yən mü­əl­­li­mi­­­miz rəh­mət­lik prof. Əl­yar Sə­fər­li­­nin həd­siz tə­ləb­kar­lı­ğı (ona qor­xu qa­rı­şıq rəğ­bə­tim var­dı) və tə­bii ki, əs­ra­rən­giz “Nə­si­mi” fil­mi. Bu get­dik­cə ar­tan, mə­ni söz-dü­şün­cə üm­ma­nı­nın də­rin­­lik­­lə­ri­nə təd­ric­lə çə­kə­rək qər­qet­mə ilk təd­qi­qa­tım olan “Nə­­si­mi­nin sə­nət­kar­lı­ğı” (Ba­kı, 1985) ad­lı dip­lom işim­lə nə­ti­cə­lən­di. Uğur­lu mü­da­fiə­nin ar­­dın­ca bu sa­hə­də araş­dır­ma­mı da­ha da ge­niş­lən­­dir­mək niy­yə­ti ilə Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sı­nın (in­di­ki: AMEA) Ni­za­mi Gən­cə­vi adı­na Ədə­biy­yat İns­ti­tu­tu­na üz tut­dum. İki il səbr­­lə apar­dı­ğım mü­ba­ri­zə so­nun­da nə­ti­cə ver­di və “Nə­si­mi­nin li­ri­­ka­sı” möv­zu­su­nun na­mi­zəd­lik (in­di­ki: fəl­sə­fə dok­to­ru) dis­­ser­ta­si­ya­­mın möv­zu­su ola­raq təs­diq edil­mə­si­nə na­il ol­dum. Mə­­nə­dək çox­la­rı­nın ar­zu­sun­da ol­du­ğu, la­kin müx­tə­lif sə­bəb­lər­dən gö­tü­rül­mə­si­nə ica­zə ve­ril­mə­yən “Nə­si­mi­nin li­ri­ka­sı” möv­zu­­su­­nun mə­nim adı­ma təs­di­qi­ni bir bay­ram se­vin­ci ki­mi ya­şa­dım...” 

Səa­dət xa­nım hə­min gün­dən bö­yük hə­vəs, co­şub-çağ­la­yan bir sev­gi ilə işə baş­la­yır, gər­gin ax­ta­rış və zəh­­mət­­lə­ri çox keç­mə­dən öz bəh­rə­si­ni ve­rir, iki il son­ra təd­qi­qat əsə­ri­ni mü­za­ki­rə­yə təq­dim edir. 1988-1990-cı il­lər­də ya­zı­lan, 1991-ci il­də mü­da­fiə olu­nan bu dis­ser­ta­si­ya işi­nin mü­da­fiə­si bu gün Mü­da­fiə Şu­ra­la­rın­da gör­dü­­yü­müz te­at­ral­lıq və sax­ta gö­rün­tü­lər­dən çox uzaq, ger­çək bir mü­da­fiə olur. Op­­po­nen­ti prof. Əl­yar Sə­fər­li­nin on dörd, rəy­çi­lə­rin­dən bi­ri – ta­nın­mış mətn­şü­nas alim Əbül­fəz Rə­hi­mo­vun isə yed­di ya­­zı­lı, həm­çi­nin Mü­da­fiə Şu­ra­sı üzv­lə­ri­nin ver­dik­lə­ri şi­fa­hi su­al­la­ra tu­tar­lı ca­vab­lar ve­rir, bu mü­rək­kəb sa­hə­də ye­ni söz sa­hi­bi ol­du­ğu­nu əsas­lı şə­kil­də nü­ma­yiş et­di­rir... 

Və... so­nuc gən­cə­cik təd­qi­qat­çı­nın göz­lə­di­yin­dən də yük­sək sə­viy­yə­də olur. Gör­kəm­li ədə­biy­yat­şü­nas və tən­qid­çi alim və o dövr­də Ni­za­mi Gən­cə­vi adı­na Ədə­biy­yat İns­­ti­tu­tu­nun di­rek­to­ru və­zi­fə­si­ni ic­ra edən, Mü­da­fiə Şu­ra­sı­nın da səd­ri olan prof. Ya­şar Qa­­ra­­yev öv­gü do­lu ye­kun sö­zü­nü bi­ti­rər­kən: “Bu təd­qi­qat işi bey­­nəl­­xalq sə­viy­yə­yə çı­xa­rıl­ma­lı, rus və in­gi­lis dil­lə­rin­də də təq­­dim olun­ma­lı­dır”, - de­yir. İkin­ci rəs­mi op­po­nen­ti o il­lər­də Səa­də­tə xü­su­si rəğ­bə­ti olan ta­nın­mış ni­za­mi­şü­nas alim, prof. Aza­də xa­nım Rüs­tə­mo­va isə bu dis­ser­ta­si­ya işin­də qo­yu­lan mə­sə­lə­lə­rin iki in­dek­sə uy­ğun gəl­di­­yi­ni, gənc və pers­pek­tiv­li təd­qi­qat­çı­ya fi­lo­lo­gi­ya ilə ya­na­şı, həm də fəl­sə­fə elm­lə­ri na­mi­zə­di adı­nın ve­ril­mə­si­nin məq­sə­də­uy­ğun və doğ­ru ola­ca­ğı­nı ya­zı­lı şə­kil­də təq­­dim edir. La­kin Mü­da­fiə Şu­ra­sı fi­lo­lo­gi­ya üz­rə ol­du­ğun­dan ikin­ci el­mi də­rə­cə­ni ver­mə­nin on­la­rın sə­la­hiy­yət­lə­rin­də ol­ma­dı­ğı bil­di­ri­lir... 

Səa­dət Şı­xı­ye­va­nın ilk va­ri­an­tı­nı dip­lom işi (“Nə­si­mi­nin sə­nət­kar­lı­ğı”, 50 səh.), da­ha ge­niş şək­li­ni isə na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı (“Nə­si­mi­nin li­­ri­ka­sı”, 200 səh.) şək­lin­də iş­lə­di­yi bu təd­qi­qat işi əli­niz­də tut­du­ğu­nuz ki­tab şək­li­nə dü­şə­nə­dək uzun və ma­cə­ra­lı bir yol ke­çir. O, mo­noq­ra­fi­ya­nın nəş­­ri­nə də­fə­lər­lə cəhd gös­tər­sə də, gö­rü­nür, qis­mə­ti­nə Nə­si­mi­nin şə­rə­fi­nə, Nə­si­mi sö­zü­nün eş­qi­nə elan olun­muş “Nə­si­mi ili” çər­çi­və­sin­də çap olun­maq ya­zı­lıb­mış...

Ke­çən bun­ca il­lər ər­zin­də Nə­si­mi­nin di­li, fəl­sə­fi və di­ni gö­­rüş­­lə­ri və s. ba­rə­də bir sı­ra təd­qi­qat iş­lə­ri ya­zıl­sa da, bu ki­ta­bın əsa­sı­nı təş­kil edən təd­qi­qat şai­rin poe­ti­ka­sı­nın dis­ser­ta­si­ya sə­­viy­­yə­­sin­də özəl­lik­lə araş­dı­rıl­dı­ğı ye­ga­nə el­mi iş ola­raq qal­dı və ak­tu­al­­lı­ğı­nı qo­ru­du. Bu­na gö­rə də Səa­dət xa­nım hə­min dis­ser­ta­si­­ya­nı ye­ni tə­­ləb­lər işı­­ğın­da iş­lə­yə­rək, təd­qi­qa­tın ya­zıl­dı­ğı dövr­də top­lan­mış, la­­kin el­mi iş­­lə­rə qo­yu­lan həcm məh­du­diy­­yə­ti­nə gö­rə kə­nar­da qal­mış ma­­te­­ri­al­­lar və son­ra­kı il­lər­də ya­zı­lan mə­qa­lə­­lə­rin­dən də is­ti­fa­də edə­rək ge­niş­lən­dir­di. Fik­ri­miz­cə, Səa­­dət Şı­xı­ye­va­nın “Nə­si­mi­nin li­ri­ka­sı: ir­fa­ni mün­də­ri­cə və poe­­tik zi­nət­lər” mo­noq­ra­fi­ya­sı məhz Nə­si­mi sö­zü­nün, şe­ir sə­nə­ti­nin yüz il­lər bo­yu zər­rə­cə azal­ma­yan, ək­si­nə,  get­dik­cə da­ha da ar­tan ca­­zi­bə qüv­və­si­nin, çə­ki­ci­li­yi­nin, müd­rik fi­kir­lə­ri­nin dər­ki­nə olan ma­ra­ğın sə­bəb­lə­ri nə­di­r? – ki­mi su­al­la­ra ca­vab ax­ta­ran­la­rın kö­mə­yi­nə ça­tan ən də­yər­li təd­qi­qat əsər­lə­rin­dən bi­ri­dir. 

Nə­si­mi “Azər­bay­can türk­­­cə­si­nə xas söz­­lə­­rin müm­kün mə­­na ça­lar­la­rın­dan is­ti­fa­də et­mək­lə bə­ra­bər, fit­ri is­te­da­dı və tə­­əs­­süb­keş­lik his­si ilə mü­əy­yən söz­­lə­rin mə­­na tu­­tu­mu­nu ge­niş­­lən­­dir­miş, ye­ni an­lam və ya mə­na ça­­la­rı qa­­zan­­dır­­mış­dır. Bu­na gö­rə də, şai­rin Azər­bay­ca­nın dil, ədə­­biy­­yat və fəl­­sə­fə ta­ri­xin­də­ki möv­qe­yi his­sə-his­sə, in­cə­dən-in­­cə­yə təd­qiq edil­­­­mə­­­li­dir” – qə­naə­tin­də olan Səa­dət xa­nım məhz bu nöq­te­yi-nə­zər­dən or­ta çağ Azər­bay­ca­nı­nın və gü­nü­mü­zün fi­kir ba­ha­­dı­rı­nın ədə­bi ir­si­nin ye­ni­dən və də­rin­dən araş­dı­rıl­­ma­sı­na eh­ti­yac duy­muş, hə­lə 1980-ci il­lə­rin son­la­rın­da “Nə­si­mi­nin li­ri­ka­­sı” möv­­zu­sun­da dis­ser­ta­si­ya ya­za­raq, nə­si­mi­­şü­­nas­­­­lıq­da­kı bir sı­ra boş­­luq­lar və ənə­nə­vi­ləş­miş yan­lış­la­ra fərq­li bu­caq­dan işıq sal­mış­dır.

 Hə­min dis­ser­ta­si­ya­nın ye­ni­dən iş­lən­miş və xey­li ge­niş­lən­­di­ril­miş va­ri­an­tı olan mo­noq­ra­fi­ya­nın I fəs­lin­də Nə­si­mi­ni fər­di xa­rak­ter­li fəl­sə­fi-bə­dii fi­kir sis­te­mi­nin sa­hi­bi ki­mi də­yər­lən­di­rir və ko­ri­fey sə­nət­ka­rın tək­cə Azər­bay­­can ədə­biy­ya­tı və fəl­sə­fi fi­kir ta­ri­xin­də de­yil, ədə­bi dil ta­­ri­xin­də də müs­­təs­na möv­­qe sa­hi­bi ol­du­ğu­nu diq­qət mər­kə­zi­nə çə­kir. O, sə­ləf­lər və xə­ləf­lər ten­den­si­­ya­sı­na sa­diq qa­la­raq, XX əsr Azər­bay­can ədə­biy­yat­şü­­nas­­lı­­ğın­da Nə­si­mi ədə­bi ir­si­nin öy­rə­nil­mə­si sa­hə­sin­də müs­təs­na xid­mət­lə­ri ol­muş gör­kəm­li ədə­biy­yat­şü­nas alim­lər - Hə­mid Aras­lı[3] və Mir­za­ğa Qu­lu­za­də­nin[4] araş­dır­ma­la­rı­nın bu sa­hə­də önəm­li yer tut­du­ğu­nu, an­caq on­la­rın öz “əsər­­lə­­rin­də döv­rün el­mi sə­viy­yə­sin­­dən çı­xış edə­rək Nə­si­mi­nin ədə­bi ir­si ba­rə­də yığ­cam mə­lu­mat ver­dik­lə­ri­ni”[5] vur­ğu­la­yır. 

Mo­noq­ra­fi­ya­da Nə­si­mi­nin poe­tik ir­si­nə, şai­rin sir­lər­lə do­lu ecaz­kar söz sə­nə­ti­nə bə­ləd­lik ən yük­sək sə­viy­yə­də özü­nü yan­­sı­dır. Şai­rin şəx­siy­yə­ti­nin giz­lin­lə­ri­nin, ya­ra­dı­cı­lı­ğı ilə il­gi­li mü­ba­­hi­sə­li mə­qam­la­rın açıq­lan­dı­ğı, bir sı­ra qa­ran­lıq sə­hi­fə­lə­rə ay­dın­lıq gə­ti­ri­lə­rək əsl təd­qi­qat­çı ya­naş­ma­sı­nın sər­gi­lən­di­yi “Nə­­si­mi li­­ri­ka­si­nin təd­qi­qi ta­ri­xi” ad­lı I fə­sil üç ya­rım­baş­lıq­dan - “Nəsiminin mənzum irsi orta əsrlər müəlliflərinin baxış bucağından”, “Nə­si­mi­nin Azər­bay­can el­mi mü­­hi­tin­də də­­yər­­lən­di­ril­mə­si (so­vet döv­rü)”  “Nə­si­mi xa­ri­ci təd­qi­qat­lar­da (1920-1990-cı il­lər)” iba­rət­dir. 

Araş­dır­ma­sın­da əsas təd­qiq ob­yek­ti ola­raq, Nə­si­mi­nin Azər­­bay­­can türk­cə­si və fars­ dil­lə­rin­də qə­lə­mə al­dı­ğı iki di­va­nı­nı gö­­tü­rən araş­dı­rı­cı xa­nım qar­şı­sı­na qoy­du­ğu məq­sə­də yet­miş, “yal­­nız Azər­­bay­­ca­­nın de­yil, ümu­­miy­yət­lə, türk xalq­la­rı­nın bö­yük şai­ri, Şərq po­e­­zi­­ya­­sı­­nın ko­ri­fey­lə­rin­dən olan Se­yid İma­dəd­din Nə­si­mi­nin ya­ra­­dı­­cı­­lı­ğı­nın in­­di­­yə­dək öy­rə­nil­mə­miş bir sı­ra cə­hət­lə­ri­ni işıq­lan­­dır­­ma­ğa və şai­rin Azər­­bay­can fəl­sə­fi-bə­dii şe­ir ta­ri­xin­də­ki möv­qe­yi­ni el­mi ba­­xım­­dan də­­yər­­­lən­dir­mə­yə” na­il olur. Se­yid İma­dəd­din Nə­si­mi ya­ra­dı­­cı­­lı­­ğı­nın təd­qiq ta­ri­xi­ni iz­­lə­­yən, şai­rin poe­tik mi­ra­sı haq­qın­da çe­şid­li ədə­bi qay­naq­la­ra sə­pə­­lən­­miş bil­gi­lə­ri top­la­ya­raq sis­tem­ləş­di­rən, poe­tik ir­si­nin baş­lı­ca mo­tiv­lə­ri­ni və mə­caz­lar sis­­te­­mi­ni açıq­la­yan Səa­dət xa­nım şai­rin ide­ya-bə­dii ax­ta­rış­la­rı­nın mən­bə­lə­ri və bu kon­tekst­­də onun dün­ya­gö­rü­şü­nün baş­­­­lı­ca yön­lə­ri­ni ay­rıd edir və Nə­si­mi li­ri­ka­sı­nın sə­nət­kar­lıq xü­su­si­y­yət­lə­ri­ni də də­rin­dən öy­­rə­nə­rək, türk şei­ri­nin poe­tik fi­qur və for­ma­lar ba­xı­mın­dan zən­­gin­­­ləş­­di­ril­­mə­­­sin­də onun ye­ri­ni və müs­­təs­na ro­lu­nu mü­əy­yən­­ləş­di­rir.

II fə­sil­də “Nə­si­mi li­ri­ka­sı­nın baş­lı­ca ir­fa­ni mə­caz və mo­tiv­lə­ri”ni in­cə­lə­yən xa­nım təd­qi­qat­çı araş­dır­ma nə­ti­cə­sin­də gəl­di­yi qə­­na­ət­lə­ri “Nəsimi şeirində folklor motivlərinin irfani in­terpre­ta­si­ya­sı”, “Hürufilik təlimi və Nəsimi hürufiliyinin ­özəllikləri”, “Nə­si­minin təsəvvüfi-lirik səciyyəli şeirlərində eşq anlayışı”, “Spesifik irfani ter­min-məcazlar və anlam tutumları”, “Təsəvvüfün ənənəvi motivləri­nin Nəsiminin düşüncə sistemində yeri”, “Təsəvvüfi anlayışlar: ənənə və fərdiyyət” böl­mə­lə­ri üz­rə qrup­laş­dı­rır. 

Təd­qi­qat­çı­nın qə­naə­ti­nə gö­rə, Nə­si­mi­nin ədə­bi ir­si ilə bağ­­­lı Azər­­bay­­can və Tür­ki­yə­də apa­rı­lan bir çox araş­­dır­­ma­lar uğur­lu cə­hət­lə­ri ilə nə­si­mi­şü­nas­lı­ğı zən­gin­ləş­dir­miş­dir. Bu­nun­la be­lə, hə­min əsər­­lər­də şai­rin ya­­ra­dı­­cı­­lı­ğı və dün­ya­gö­rü­şü­nün baş­lı­ca is­ti­qa­mət­lə­ri ilə bağ­lı bə­zi prob­lem­lər öz el­mi iza­hı­nı tap­­ma­mış, Nə­si­mi şe­i­­ri­nin bə­dii-fəl­sə­fi mə­caz­lar sis­te­mi­nin özəl­­­­lik­lə­ri  öy­rə­nil­mə­­miş­dir. Şai­rin poe­tik alə­mi­nin çox­cə­hət­li­li­yi, onun sei­ri­nin dün­yə­vi, fəl­­sə­fi-ir­­fa­­ni və s. məz­mu­nu və ma­­hiy­­yə­ti, hü­­ru­­fi­lik qay­naq­lı dü­şün­­cə qat­la­rı, elə­cə də bu məz­mu­nun öz bə­dii ini­ka­sı­nı tap­dı­ğı poe­tik for­ma və fi­qur­la­rın əsas­lı və el­mi şə­kil­də araş­dı­rıl­­ma­sı­na eh­ti­yac var­dı. Bu­na gö­rə də, ki­­ta­bın bü­növ­rə­si­ni təş­kil edən dis­ser­ta­si­ya­da şai­rin tə­­səv­­vü­fi mə­­­caz və poe­tik fi­­qur­la­ra mü­­ra­ciə­tin­də ənə­nə və fər­­diy­­yə­tin nis­bə­ti mə­sə­­lə­lə­ri­nə xü­su­si diq­­­­qət ye­ti­rir. Bu yön­də araş­dır­ma apa­rıl­ma­sı isə nə­ti­cə eti­ba­ri­lə şa­i­­rin di­van və tə­səv­vüf şei­ri ta­ri­xin­də­ki ye­ri­ni də­qiq mü­əy­yən et­­­mə­­yə, onun ya­ra­dı­cı­lı­ğın­da fər­di özü­nüi­fa­də­lə­rin da­ha güc­lü ol­­du­­ğu­nu aş­­ka­ra çı­xar­ma­ğa yar­dım edir. Bü­tün bu mə­sə­lə­lə­rə mo­noq­ra­fi­ya­nın “Nə­si­mi­nin söz sə­nət­kar­lı­ğı” ad­lı III fəs­lin­də işıq sa­lı­nır. Bu güc­lü işı­ğın ya­rat­dı­ğı ay­dın­lıq­da Nə­si­mi şeiriyyəti “Mənəvi və üslubi-mənəvi fi­qur­lar”, “Üslubi fiqurlar” kimi istiqamətlərdə in­cə­lə­nir. 

Ümu­miy­yət­lə, Səa­dət Şı­xı­ye­va “Nə­si­mi­nin li­ri­ka­sı: ir­fa­ni mün­­­də­ri­cə və po­e­­tik zi­nət­lər” ad­lı bu mo­noq­ra­fi­ya­sın­da Nə­si­mi­nin poe­tik ir­si­ni üç yön­də öy­rə­nir:

  • “Şai­rin ya­ra­dı­cı­lı­ğı­nın təd­qi­qi ta­ri­xin­də­ki mü­ba­hi­sə­li mə­sə­­lə­­­lə­rə mü­na­si­bət bil­di­ri­lir. Bu mü­ba­hi­sə­li mə­qam­lar da­ha çox so­­vet döv­rü araş­dır­ma­la­rın­da mü­şa­hi­də olun­du­ğu üçün hə­min il­­lər­­də ya­­zıl­mış təd­qi­qat əsər­lə­ri fak­ti­ki ma­te­ri­al əsa­sın­da və xro­­no­­lo­ji ar­dı­cıl­lıq­la sərf-nə­zər edi­­lir, elə­cə də XX əsr nə­si­mi­şü­nas­lı­ğı ba­rə­də dol­ğun tə­səv­vür ya­rat­maq niy­yə­ti ilə Tür­ki­yə, İran və di­gər öl­kə­lər­də qə­lə­mə alın­mış təd­qi­qat­lar­da Nə­si­mi ir­­si­nin öy­­rə­nil­mə sə­viy­yə­sin­dən bəhs edi­lir.
  • Nə­si­mi­nin ir­fa­ni dü­şün­cə­si­nin ifa­də­çi­lə­ri olan baş­lı­ca mə­­caz və mo­tiv­­lər il­kin qay­naq­lar əsa­sın­da araş­dı­rı­lır, şai­rin tə­­səv­vü­fi gö­rüş­lə­ri­nin ide­ya zə­mi­ni və fər­di yo­zu­mu təh­li­lə cəlb edi­lir. Da­ha də­qiq de­sək, onun bu mə­caz­la­rı is­ti­fa­də­sin­də ənə­­nə­yə bağ­lı­lıq, əsa­sən, sə­ləf­lə­ri­nin tə­səv­vü­fi-bə­dii mi­ra­sı ilə qar­­şı­laş­dır­ma yo­lu ilə üzə çı­xa­rı­lır, in­terp­re­ta­si­ya­la­rı­nın müm­kün fik­ri özü­lü və poe­tik bi­çi­mi də­yər­lən­di­ri­lir.
  • Söz sə­nə­ti ta­ri­xin­də Nə­si­mi­nin ye­ri­ni gös­tə­rən və bə­dii tə­­xəy­­yü­­lü­­nün im­kan­la­rı­nı açıq­la­yan poe­tik fi­qur­lar da ənə­nə və fər­­diy­yət kon­­tek­s­tin­də araş­dı­rı­lır. Mo­noq­ra­fi­ya­da ilk də­fə ola­raq, Nə­si­mi şei­ri­nin bə­dii xü­su­­siy­­yət­lə­ri or­ta çağ Şərq poe­ti­ka­sı­nın qay­naq­la­rı – İbn Mü­təzz, Ra­du­ya­ni, Rə­şi­dəd­din Vət­vat, Şə­­rə­­fəd­din Ra­mi, Şəms Qeys Ra­zi, Və­hid Təb­ri­zi və di­gər­lə­ri­nin əsər­­lə­ri əsa­sın­da təd­qi­qa­ta cəlb edil­miş­dir. Şe­ir nə­zə­riy­yə­si­nə da­ir bu mö­tə­bər əsər­lə­rə is­ti­na­dən təş­beh, ey­ham, is­tia­rə, mü­raa­tün-nə­­zir, epi­tet, hüs­ni-tə­lil, ir­­sa­lül-mi­sal, ci­nas və s. ki­mi poe­tik fi­­qur­la­rın Nə­si­mi şei­rin­də­ki funk­­si­­ya­sı açıq­lan­mış, şai­rin poe­ti­ka­­sı­nın özəl­­lik­­lə­ri mü­əy­yən­ləş­di­ril­­miş­­dir”.

Bu­nu da qeyd et­mək la­zım­dır ki, mo­noq­ra­fi­ya­da ilk də­fə ola­raq, araş­dı­rı­cı Nə­si­mi li­ri­ka­sı­nın ir­fa­ni an­lam qat­la­rı­nı tə­səv­­vüf ədə­biy­ya­tı kon­­teks­tin­də tə­fər­rü­at­lı təh­lil et­miş, hə­min an­­la­yış­la­rın fər­di sə­ciy­­yə­­si bu kon­tekst­də mü­qa­yi­sə­li-ta­ri­xi me­tod­la araş­dı­rı­la­raq də­yər­lən­­di­ril­miş­dir. Bu­­ra­da həm­çi­nin şai­rin hər iki di­va­nın­da yer alan ir­fa­ni məf­hum­la­rın or­taq və fərq­li cə­hət­lə­ri­ni ye­ri gəl­dik­cə mü­­qa­yi­sə edən S.Şı­xı­ye­va onun şei­ri­nin poe­tik struk­tu­ru­nu təc­rid edil­miş şə­­kil­də de­yil, ifa­də­si­nə xid­mət et­di­yi an­lam qat­la­rı və fik­ri tu­­tu­­mu­nu açıq­­la­maq­la araş­dı­rıb. Baş­qa söz­lə, bə­dii “ma­­te­ri­al” poe­tik for­ma­nı mü­əy­­yən­ləş­di­rən za­hi­ri gö­rün­tü və sət­ral­tı fi­­kir qat­la­rı­nı əla­qə­­lən­dir­mək­lə təh­li­lə cəlb edi­lib və nə­zə­ri cə­­hət­­dən ümu­­mi­­­ləş­dir­mə­lər apa­rıl­maq­la ya­na­şı, mə­na yü­kü­nü ye­ri gəl­­dik­cə çö­züb. Əs­lin­də, bu iki is­ti­qa­mə­ti əla­qə­lən­dir­mə, yə­ni mət­­nin ide­ya-bə­dii də­yə­ri­ni mü­əy­yən­­ləş­­dir­­mək üçün şərh­çi­lik və mət­n­­şü­nas­lıq ba­xı­mın­dan tə­fər­rü­at­lı təh­lil və so­nun­da nə­zə­ri ümu­­­mi­ləş­dir­mə apar­maq gər­gin əmək, bö­yük zəh­mət tə­ləb edən bir iş ol­du­ğun­dan təd­qi­qat­çı­lar, adə­tən, hə­min yön­lər­dən bi­ri­ni se­çir­lər. La­kin bu tərz­də ya­naş­ma­nın Nə­­si­mi­nin ədə­bi mi­ra­sı­nın əhə­miy­yə­ti ba­rə­də na­ta­mam tə­səv­vür ya­­ra­da bi­lə­cə­yi­ni dü­şü­nən S.Şı­xı­ye­va mo­­noq­­ra­fi­ya­da hər iki is­ti­qa­mə­tin ənə­nə­sin­dən özəl bir us­ta­lıq­la bəh­­rə­lə­nib. Be­lə­lik­lə də, poe­ti­ka­nın is­tər for­ma, is­tər­sə də məz­­mun ba­xı­mın­dan zən­gin­ləş­mə­sin­də ir­fa­ni dü­şün­cə­nin tə­sir sə­­viy­yə­si­ni tə­yin et­mə­yə, Şərq poe­ti­ka­­sı­nın ka­no­nik çər­çi­və­si da­­xi­lin­də fər­­diy­­yə­tin mü­əy­yən­ləş­di­ril­mə­­si­nə, Şərq və Av­ro­pa şe­ir nə­zə­riy­­yə­lə­ri­nin tə­ləb­lə­ri­ni uz­laş­dır­­maq­la klas­sik poe­zi­ya­mı­zı də­­yər­­lən­­dir­­mə­yə uğur­lu bir cəhd gös­tə­rib. Və bu tə­şəb­bü­sün nə­ti­cə­si, uzun il­lə­rin zəh­mə­ti­nin bəh­­rə­si ki­mi bu gün oxu­cu­la­ra təq­dim et­di­yi­miz “Nə­si­mi­nin li­ri­ka­sı: ir­fa­ni mün­də­ri­cə və po­e­­tik zi­nət­lər” ad­lı ki­­ta­bın da­ha son­ra ya­zı­la­caq el­mi əsər­lə­rə bö­yük fay­da­sı ola­ca­ğı­na əmi­nik... 

Və... mo­noq­ra­fi­ya­dan bir­cə ör­nək gə­tir­mək­lə bü­tün söy­­lə­­dik­lə­ri­mi əsas­lan­dır­maq is­tə­yi­rəm: “Nəsiminin fərdi yaradıcılığı ilə bağlı cəhətlərdən biri şairin bir bənzəyən qarşısında toplu, cəmdə olan bənzədiləndən isti­fa­də­sidir. Bu, bənzəyənlə əlaqədar yaradılan tə­siri qüvvətlən­dir­məyə yö­nəldilir. Şairin:

 

Əcəb ləlünmi şol, ya cani-əhbab?

Əcəb zülfünmi, ya zənçiri-pürtab?[6]

 

- mətləli qəzəlində 14 bənzədiləndən 8-i cəmdədir. Şeirdə vahid və əsl olanın təzahür şəkilləri qarşılaşdırılır və üstünlüyün zata, ma­hiy­yətə verildiyi aydın nəzərə çarpır. 

Şairin əsərlərində bəzən bənzətmə obrazı öz adi, ənənəvi çərçi­və­sindən çıxaraq yenisi ilə əvəz olunur: 

Həqq əyan oldu, gəlin, Həqqi görün, 

Həqqi batildən seçin, fərqi görün, 

Bədrimin yüzindəki şəqqi görün, 

Aləməsığmaz ənəlhəqqi görün.[7]

 

Birinci misrada şairin Allahı nəzərdə tutduğu aşkardır. İkinci misrada gizli ilahi sirrin aşkara çıxması vurğulanır. Şair bu barədə söy­lədik­lərinin batil inanc deyil, həqiqət olduğuna və bu baxış buca­ğı­nın batil görüşlərdən fərqliliyinə də diqqəti çəkir. “Bədrimin yüzindəki şəq­qi görün”, - deyərkən şair ikiyə bölünmüş aya (burada: hilal) ox­şayan qaşları nəzərdə tutur. Düz istiqamətdə olan iki qaş aralı düş­müş iki əlifə, onların arasındakı çökək “nun”a  (ن) bənzəyir ki, bun­­lar birlikdə “ənə” (انا) sözünün yazılışını təsəvvürə gətirir. “Ənəlhəq” sö­zü­nün birinci tərəfinin yazılışı ikinci tərəfi güman etməyə əsas verir. San­ki xəyali olaraq təsəvvür edilən Yar üzündə (göy üzündəki ayın si­ma­sında) “ənə(lhəq)” yazılmışdır. Klassik ədəbiyyatda “dal”, “re” və “nun” hərfi obrazları qaşın bənzədiləni kimi tez-tez işlənsə də, hüru­fi­liklə əlaqədar yaranmış qaşı “əlifə bənzətmə yeni, fərdi və orijinaldır”. 

Azər­bay­can ədə­biy­ya­tı­nın gör­kəm­li nü­ma­yən­də­lə­rin­dən bi­­ri olan Se­yid İma­dəd­din Nə­si­mi­nin (öl.: 1417) ədə­bi ir­si hə­mi­şə araş­dı­rı­cı­la­rın nə­zə­ri­ni cəlb et­sə də, onun ya­ra­dı­cı­lı­ğı­nın, fəl­sə­fi-poe­tik şe­ir alə­mi­nin bir sı­ra prob­lem­lə­ri in­di­yə­dək özü­nün tam el­mi də­yə­ri­ni ala bil­mə­miş­dir. Nə­si­mi ki­mi nə­həng söz-fi­kir sə­­nət­ka­rı­nın ya­ra­dı­cı­lı­ğı­nın araş­dı­rıl­ma­sı or­ta əsr­lər Azər­bay­can ədə­biy­ya­tı­nın fəl­sə­fi-fik­ri axın­lar­la əla­qə­si və bə­dii üs­lub­la­rı­nın öy­rə­nil­mə­si ba­xı­mın­dan da ay­rı­ca əhə­miy­yə­tə ma­lik­dir. Çün­ki Azər­bay­­can ədə­biy­ya­tın­da Nə­si­mi mər­hə­lə­si özü­nə­qə­dər­ki Şərq poe­ti­ka­sı və fəl­sə­fə­si­nin uğur­la­rı­nı bir­ləş­dir­mə­si və in­ki­şaf et­­dir­mə­si ilə se­­çi­­­lir. Onun ya­ra­dı­cı­lı­ğı­nın əhə­miy­yə­ti bu­nun­la da hü­dud­lan­mır. Nə­si­mi bö­yük söz sə­nət­ka­rı və mü­tə­fək­kir ola­raq, bir çox türk xalq­la­rı­nın (Azər­­bay­can, türk, türk­mən, öz­bək (cı­ğa­­tay) və s.) ədə­biy­ya­tı və poe­zi­ya di­li­nə güc­lü tə­­sir gös­tər­­miş, ye­ni ide­ya is­ti­qa­mət­lə­ri və poe­tik for­ma­la­rın ya­ran­ma­sı­na fik­ri tə­kan ver­miş­dir.

Səa­də­tin ilk el­mi işi­nin mü­da­fiə­si pro­se­sin­də prof. Ya­şar Qa­­ra­­yev öv­gü do­lu ye­kun sö­zü­nü bi­ti­rər­kən: “Bu təd­qi­qat işi bey­­nəl­­xalq sə­viy­yə­yə çı­xa­rıl­ma­lı, rus və in­gi­lis dil­lə­rin­də də təq­­dim olun­ma­lı­dır”, - de­miş­di...

Fik­ri­miz­cə, da­hi Nə­si­mi bu gün bey­­nəl­­xalq sə­viy­yə­də o təq­di­ma­tın-su­nu­mun as­ta­na­sın­da­dır... 

Səa­dət Şı­xı­ye­va­nın “Nə­si­mi­nin li­ri­ka­sı: ir­fa­ni mün­də­ri­cə və poe­tik zi­nət­lər” mo­noq­ra­fi­ya­sın­da əbə­di­ya­şar şai­rin fi­kir və dü­şün­cə­lər alə­mi­nə pən­cə­rə açı­lır, bu pən­cə­rə­dən onun ka­mil, bən­zər­siz şəx­siy­yə­ti gö­rü­nür, əy­ya­mi-eş­qin sər­və­ri”, “göv­hə­ri-kan”, “ey­ni-əyan” ol­du­ğu an­la­şı­lır... Və bü­tün bu nəs­nə­lə­rin açıq­­lı­ğa qo­vuş­du­rul­du­ğu bu ki­tab, mo­noq­ra­fi­ya “Har­da­sa­n?!” – de­yə öz tər­cü­mə­çi­si­ni so­raq­la­ya­caq ki, Nə­si­mi­nin bey­­nəl­­xalq sə­viy­yə­də su­nu­mu bu­nun­la müm­kün­lə­şə bi­lər. Son ola­raq üç bey­ti­ni ver­di­yim aşa­ğı­da­kı qə­zə­lin­də şai­rin özü­nün (Kim bi­lir, bəl­kə də ön­cə­gör­mə fəh­mi ilə Səa­dət üçün!!!) de­di­yi ki­mi:

  

Sən­dən öz­gə kön­lü­mə yox­dur və­fa­lı ya­rü dust,
Ey cə­fa­sız, hüs­nü-ka­mil ya­di­ga­rım, qan­da­sa­n?!

Yar üçün hər gu­şə­də min div olur düş­mən mə­nə,
Ey sə­va­di-əzə­mü möh­kəm ha­sa­rım, qan­da­sa­n?!

Çün Nə­si­mi­dir bu gün əy­ya­mi-eş­qin sər­və­ri,
Ey şə­kər ləb, ya­ri-şi­rin ru­zi­ga­rım, qan­da­sa­n?!

 

Sa­də­cə bir dost sö­zü­nü sun­du: Es­mi­ra Fu­ad

 


 

[1] https://www.ens.az/az/nesimi-film-1973

[2] https://modern.az/az/news/71495

[3] H.Araslı. Fədakar şair. İmadəddin Nəsimi. Bakı: EAAzf, 1942; Yenə onun:  İma­dəd­din Nəsimi: həyat və yaradıcılığı. Bakı: Azərnəşr, 1972.

[4] M.Quluzadə. Böyük ideallar şairi. Bakı: Gənclik, 1973.

[5] S.Şıxıyeva. Nəsiminin lirikası, filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya, Bakı, 1990, s. 3. 

[6] عمادالدین نسیمی. اثرلری. علمی- تنقیدی متنیک تربیتی و مقدمه: جهانگیر قهرمان اوف، اوچ جلدده،  بیرینجی جلد، باکی: علم نشریاتی، 1973، ص. 62. 

[7] Yenə orada, II c., s. 428.


CHP İl Gençlik Kolları başkanlık seçiminde şiddetli rekabet

Bursa’nın sağlık turizmindeki potansiyeli konuşuldu

Erbaa'nın çiçek üretimi Bakan Yumaklı'nın dikkatini çekti: Yılda 20 milyon çiçek üretimi

Cumhurbaşkanı Erdoğan’dan Kocaeli’deki kurultayda önemli açıklamalar

Malatya'da konteyner kentlerde yaşayan 167 çocuğun Sünnet Şöleni gerçekleştirildi

CHP tüzük kurultayında gerginlik, Yavaş isyan etti, İmamoğlu ve Özel gönlünü almaya çalıştı

Cumhurbaşkanı Erdoğan'dan Teğmenlerin yemin törenine eleştiri: 'Kılıçları kime çekiyorsunuz?' - Videolu Haber

Trakya Üniversitesi Güzel Sanatlar Fakültesi yetenek sınavları tamamlandı

Taze fasulyede fiyatlar düşecek mi?

Schengen Bölgesi’nde yeni dönem başlıyor

Mobil Atık Getirme Merkezi Bursalılardan tam not aldı

Yeni eğitim öğretim döneminde ‘Ortak Sınav’ uygulamasının kapsamı genişletildi

Marmara Denizi ve Adalar Özel Çevre Koruma Bölgesi'nin sınırları yeniden belirlendi

Adıyaman’da trafo patladı: Elektrik kesintisi yaşanıyor

Şok markette şok gelişme! Etiket oyunları bitmiyor

Bakan Göktaş: ‘Siirt için özümüzden geleceğe hizmet edeceğiz’

Dışişleri Bakanlığı'ndan İsrail'in Nablus'taki cinayetiyle ilgili kapsamlı açıklama

Emine Erdoğan, 'Koruyucu Aile Şenliği’nde ailelerle buluştu - Videolu Haber

Keşanspor’un fikstürü belli oldu

Vecdi Gündoğdu'dan 101. yıl mesajı

Özgür Özel'den İktidara sert çıkış: ‘Devleti AK Parti'nin elinde bırakmayacağız’

MHP'li Semih Yalçın’dan Halk TV’ye sert eleştiri: 'Halt TV’ye dönüştü'

TransAnatolia’nın en uzun etabı 6. günde geçildi

Ayanis kazılarında Urartulara ait nadir eserler ortaya çıktı - Videolu Haber

Keşan'da Zabıta Teşkilatı’nın 198. kuruluş yıl dönümü kutlandı

Çukur onarıldı sıkıntı giderildi

Abdulkadir Uraloğlu: ‘Otonom araçlarla geleceğe yatırım yapıyoruz’

İSU Genel Müdür Yardımcısı Necati Çalık, KASKİ Genel Müdürü oldu

Avrupa Fair Play Birliği Ödülleri Mardin’de verilecek

Tutdere’den CHP Kurultayı’nda ‘Değişim’ mesajı

Yükleniyor

Haberi Sesli Oku

Profesyonel ellerde doğallığınızla yenilenin

ERZURUM B.B. U-14 YAŞ GRUBU MÜSABAKALARI HARİKA MÜCADELELER İLE DEVAM EDİYOR

Bir taze haber(!) de bizden olsun o zaman…

Çocukluğumun hayallerinden birisiydi o konak

Erzurum İl Asayiş ve Güvenlik Toplantısı yapıldı

Cumhuriyet’e Giden Yol İşbirliği Toplantısı

Vali Çiftçi Avrupa Kış Sporları Başkenti Erzurum Heyetini kabul etti…

“Geçmişten geleceğe mülkiyetin garantisi…

Erzurum ve Atatürk Üniversitesi ciddi anlamda güzel şeyler yaşayacak…

Çat’ta neler oluyor?

Trakya Üniversitesi Güzel Sanatlar Fakültesi yetenek sınavları tamamlandı

Yusuf Çapraz Uygulamalı Bilimler Yüksekokulu’nda görev değişimi

İzmir’in kurtuluşu için anlamlı iş birliği

Gürsu'da miniklere moral hediyesi

873 adet etkileşimli e-içerik EBA'da yayımda

OBAM’da hazırlanan 2 bin kalem kutu öğrencilere dağıtılacak

Darüşşafaka Eğitim Kurumları'na Bakan Tekin'den ziyaret

Spor Ortaokullarında 'kabul' zamanı!

Trakya Üniversitesi öğrencileri Nif Dağı kazılarına katıldı

‘TahtApp’ az gören çocuklara ışık oluyor

LİG TABLOSU

Takım O G M B Av P
1.Fenerbahçe 4 3 0 1 9 10
2.Galatasaray 3 3 0 0 6 9
3.Beşiktaş 3 3 0 0 6 9
4.Eyüpspor 4 2 0 2 4 8
5.İstanbul Başakşehir 3 2 0 1 5 7
6.Göztepe 4 1 0 3 2 6
7.Samsunspor 3 2 1 0 2 6
8.Kasımpaşa 4 1 1 2 0 5
9.Konyaspor 4 1 2 1 -2 4
10.Sivasspor 4 1 2 1 -2 4
11.Antalyaspor 4 1 2 1 -4 4
12.Rizespor 4 1 2 1 -5 4
13.Gazişehir Gaziantep 2 1 1 0 0 3
14.Bodrum FK 4 1 3 0 -4 3
15.Trabzonspor 2 0 0 2 0 2
16.Alanyaspor 4 0 2 2 -5 2
17.Kayserispor 2 0 1 1 -1 1
18.Hatayspor 4 0 3 1 -5 1
19.Adana Demirspor 4 0 3 1 -6 1

YAZARLAR