Əziz dostlar. İzrail haqqinda, ABD-nin Böyük İzrail projesi haqqında yazdığımız çox saylı məqalələrlə və çıxışlarla, tv proqramlari ilə İzrail mifini dağitdiq.
Türk millətinin Bütöv Azərbaycan davasından,
Güney Azərbaycan davasından İzrail mifini çıxartdıq.
İzrail Güney Azərbaycan davamıza çökmüşdü, milli davamızdan, hədəfimizdən İzrail maraqlari üçün istifadə etməyə çalışirdi. Olmadı. Yazılarımizla İzrailin gerçək məqsədini ortalığa qoyduq.
Dedik ki, İranı dəyişəcək güc İzrail-ABD olmayacaq. İranın sahibi Türk millətidir, İran problemini, Fars şiyə faşizmini çözə biləcək tək güc Türk milləti olacaqdir.
Dedik ki, Türkiyə, Azərbaycan, Suriya, İraq, İran türkləri birlikdə 100 milyonluq bir güc olurlar və birləşib ortaq strateji ilə hərəkət edəcəklərsə, İranı İran fars molla rejiminin diktatorluğundan azad edəcəklər və İranda türk dövlətçiliyini bərpa edəcəklər!
Dedik ki, İranın sahibləri Türklərdir. İranı fars dövlətinə İngilislər çevirib.
Dedik ki, İzrailin qurulmasi plani da İngilislərin planidir. İzrail kimi, İran- fars rejimi kimi kukla gücləri deyil, arxadaki İngiltərə- ABD güclərini gör.
Dedik ki, ey Türk milləti coğrafiyanın sahibi sənsən, sənin hinterlandında xaçlı projeləri keçməz!