10366,2%-0,04
40,35% 0,24
46,92% 0,49
4349,52% 0,54
6958,85% 0,87
Batıdan mədət uman manda təfəkkürlü kəsimlər və "Bati mifi"
Ölkəmizdə Rus kolonial siyasətinin aparicilari olan 5 kolonla mübarizə apardiğımız bir zamanda diqqətimizdən yayınan bir məsələ var.
Ölkəmizdə "Bati mifi"ni təbliğ edən Batıçi bir kəsim var.
Sürəkli filan jurnalistə, filan aktivistə, filan qadin hüquqlarini
qoruyan hüquq müdafiəçisinə Almaniyadaki, İngiltərədəki, Vaşinqtondaki fond, mərkəz mükafat verdi xəbərlərini tirajlayirlar.
Filan insan haqlari müdafiəçisinə Vaşinqtondaki bir fond mükafat verdi.
Filan hüquqşünasa filan konqresmen mükafat verdi.
Filan professora Londondaki, Parisdəki, Vaşinqtondaki universitet ödül verdi və.s.Xəbərlər, ödüllər gündəmi məşgul edir,
uzanib gedir.
Belələrinə proksi güclər, şəxslər adı verməyək də neyləyək?
Bati yayilmaçiliği belə çalışir. Öncə Yumşaq gücü işə salir, yumşaq güclə gelir. Yüzlərlə sivil təşkilatlar, fondlar, qht- lər, qadin, gənc, uşaqlara yönəlik aktivistlər, könüllülər Ölkələrin içinə girərək yayilir, tərəfdarlar toplayir, ödüllər verir, ölkələr içində Bati sisteminə bağli kəsimlər oluştururlar. Onlarin əlilə "demokrasi və insan haqlari" yalanlarini yayirlar. Arxa plandaki gerçək məqsəd isə ölkədəki iqtidara basqi yapib ölkənin sərvətlərini sömürmə imkani əldə etməkdir. Qoy dostlarim Oryantalizmi yaxşi öyrənsinlər, Bati sisteminin işğal sisteminin necə çalışdigini bilsinlər. Bati sistemi təkcə ölkələri, xalqlari işgal etmir, öncə insanin zehnini, beynini, sonra bədənini işğal edir. Bu sistem elə çalışir ki, gerçək mahiyyətini gizlətmək üçün medya vasitəsilə çox sayli manipulyativ propaqandalar aparirlar. Batınin sosial bilimi də spekulyativdir.
İndi bütün dünyada oluşdurulmuş "demokratiyanin mərkəzi" olan "Bati mifi" dağidilmalidir. Dağilir.
"Rus mifi" dağildi. "Bati mifi" də dağilacaqdir.
Bati imperializmi bir sistemdir. Sistem belə mexanizmlərlə çalişir.
Bizimkilər də bu işlək mexanizmin əlində oyuncaq, Fondlardan mükafat alan "qəhrəmanlar"dir. Əslində isə "Bati mifi" nin qurbanlaridir.
Bati imperialist sisteminin işləyişinə xidmət edən "qəhrəmanlar" zamanla öz ölkələri üçün bir təhdid ünsürünə çevrilməkdədir. Bir gün Azərbaycan toplumu da bunun fərqində olacaqdir. Asiya, Afrika, İslam dünyasi, Üçüncü dünya ölkələri məhz belə "qəhrəmanlar"in iştiraki ilə, belə mexanizmlərlə sömürülür. Adini da qoymuşlar " demokratik sistemin müdafiəsi", "demokratiyanın bərpası", Diktator sistemin aradan aparilmasi və s. Bati sisteminə xidmət edən liderlər "demokrat", Bati sisteminə boyun əyməyənlər isə " diktator" adlandirilir və bir hədəf bəlirlənir. Guya "Demokratik Bati sisteminin vəzifəsi bütün dünyada diktator rejimləri devirmək, demokratik sistem qurmaqdir". Sonra Bati, NATO hərəkətə keçir, demokratiyanin bərpası məqsədilə hədəf ölkə işğal edilir, xaos coğrafiyası yaradılır və ölkələrin sərvətləri talan edilir.
Bizə, Azərbaycana, Türk dünyasına bilgili, ağilli vətəndaşlar lazimdir.
Özümüzü, Türk dünyasınin təhlükəsizliyini necə qorumaliyiq?
- Rus imperiyasinin güclənməsinə, yayilmaçiliğina imkan verməmək, alət olmamaq. Rusiya rus dili, kiril əlifbasi vasitəsilə yayilir. Rus dilində danışma.
- Fars İran Siyə və sekulyar Zərdüşti yayilmaçiliğina imkan verməmək, alət olmamaq. İranin şiyə təbliğatının, siyasetinin qurbani olma. Müsəlmanlar Allaha inanir. Əlini, Hüseyni, Kərbəlani Allahin yerinə qoyma. İslami bir bütün kimi qavra, Məzhəbçi, firqəçi, yandaş olma.
- Bati imperialist sömürgəçi düzəninin yayilmasina əngəl olmaq, onlarin əlində alət olmamaq. Batinin üçüncü dünya ölkələrində həyata keçirdiyi məxməri inqilablara qoşulma. Batinin tarixini öyrən. Asiyada, Afrikada, Avstraliyada, Amerikada, bütün yer üzündə həyata keçirdiyi soyqirimları, işğalları, sömürgəçiliyi, yaxşi öyrendikdə görəcəksən ki, Bati sisteminin Yer üzünə, İnsanliğa gətirdiyi fəlakətləri, qan və müstəmləkəçiliyi başqa heç bir ölkə, dövlət, mədəniyyət etməmişdir. Kürəsəl qan və müstəmləkəçilik sistemi İnsan haqlarindan, humanizmdən danişa bilməz. Batinin-AB-nin qanli tarixi Bati siyasi- kültürəl sisteminə bu haqqi vermir.
- Çin yayilmaçiliğinin önünü kəsmək, onlara alət olmamaq. Türk milləti tarixi boyu Rus, Avropa, Çinlə savaşmışdır. Yaxin 50 ildə Türk dünyasınin ən böyük düşməni Çin olacaqdir. Milyardlarla Çinli qarşisinda 500 milyonluq Türk dünyasi udular, yox edilər. Türk dünyası Çinliləşməmək üçün tarixi təcrübəsini yenidən diriltməlidir. Çinlə əməkdaşliq et, ticarət yap, lakin Çinliləşmə. Farslaşma, Ruslaşma, Batililasma, öžün olaraq qal.
XXI əsrdə çox qütblü dünyanın fəlsəfəsi "Öz", "Mən" anlayışi üzərində qurulmaqdadir.
ABD-nin tək qütblü kosmopolit Kürəsəlləşmə siyaseti SSRİ-nin kosmopolit İnternasionalizm siyasəti ilə eyni idi. Hər iki sistemlər "Mən" anlayışını yox edirdi.
Çox qütblü dünya quruculuğu isə əksinə "Mən" anlayışı, fəlsəfəsi üzərində qurulmaqdadir.
Biz dünyadan təcrid olaq demirik. Bütün güclərlə və dövlətlərlə - Çin, AB, ABD, İran, Ərəb dünyası, Hindistan, Rus-slavyan, İslam dünyasi ilə iki tərəfli bərabər əməkdaşliq quraq, lakin bizə yad olan güclərin, ölkələrin bizim dünyamizi, mədəniyyətimizi, ölkəmizi və zehnimizi işgal etmələrinə imkan verməyək deyirik.
Hər bir gücün yayilmaçiliq mexanizmlərini, fəlsəfələrini, siyasi-iqtisadi stratejilərini yaxşi bilən bir bilgi toplumu yetişdirməliyik.
Türk dünyasina "Mən" anlayışını gəlişdirən, dirildən Egitim proqramı, egitim siyasəti gərəklidir. TDT-ni Türk Birləşik Dövlətinə çevirə biləcək düşüncə, fəlsəfə və siyasi kadrolar " Mən" anlayışı uzərindən yetişəcəklər.
Azərbaycan təhsili Türk- İslam mədəniyyətinə sarilmiş Türk İnsan tipi yetişdirməlidir.
Batidaki filan fond filan jurnaliste "sülh", " söz azadliği", "Demokratiyaya xidmət" ödülü verdi deyib qürurlanmayaq.
Eeeeee. Sən də bu ödülü almaqdan imtina et əziz dost.
Sonra da sakitcə yoluna davam et. Davani apar. Yaşadığin ölkəni, dünyanı cənnətə çevir. İnsani qoru. Sözü qoru. Haqqi qoru. Ədaləti qoru. Dövləti qoru. Milləti qoru. Heç bir yayılmaçi dış gücə bağlanmadan.
Ödülsüz, mükafatsız...