9275,5%-2,13
37,98% 0,04
41,75% 0,47
3792,78% 0,75
6161,60% 0,00
Bələdçi tapmıram ömür yoluma,
Onun ağuşunda, mən axım gedim.
Dəyişən döngələr çatıb sonuma,
Rənginə doyunca, mən baxım gedim.
Şöləsin görürəm günün gündüzün,
Atəşi oluram görən hər gözün,
Nəğməyə can verən hər şirin sözün,
Ruhunda od kimi mən çaxım gedim.
Dolanır dünyanı dolanır karvan,
Keçilən yolların yadında qalsam,
Xəyal aləmini boynuma sarsam,
Apara bilməsəm mən yaxım gedim.
Qaranlıq içində kölgələr yatıb,
Sədası inanma kimsıyə çatıb,
Fələk məni çoxdan, aldadıb satıb,
Dərdim görünmədi mən qalxım gedim.
Şəfəq Şərqiyyə Lətifli