8903,81%0,45
34,33% 0,29
37,36% -0,02
3039,17% 0,63
4994,64% -0,11
..boş qaldı yerim.@
Gözümün yaşında üz yuyulanda,
Şoranlı torpağa bənzədi üzüm.
Ürəyim alovun, tək soyudanda,
Qanayan yaramı görmədi gözüm.
Zamanla yarışdım, ağardı başım,
İstəklə alışdım, bitmədi qışım,
Arzular istədi nağıl danışım,
Ağrıya acıya dözmədi dizim.
Bu yazda gəlmədi bahar havası,
Bağçalar geymədi çiçək libası,
Bülbülü ağlatdı bağın sonası,
Qoymadı o bağda doyunca gəzim.
Gün kimi açıldı bağrım yarası,
Canımdan can getdi qaldı parası,
Cənnəti axtardım ora harası?
Buraxım qüssəni, doyunca gəzim.
Ət ilə ot kimi yerim səhv düşdü,
Qiymətim bədava, oda sürüşdü,
Qəlbimə qəm kədər acılar köçdü,
Bitmədi arzular, meyvəsin dərim.
Qocaldıq deyəndə zülmə qatdılar,
Bir karın qalmayıb, deyib atdılar,
Düşmanlar da arzu kama çatdılar,
Bu dərdi haracan, haracan çəkim.
O qədər saf idim, sutək dupduru,
Əl bəbək böyüdüm, günahsız yavru,
Hardan biləydim gələndə sonu,
İlk məni tərk edən olar öz əlim.
Bir qaşıq su ilə boğanda məni,
Hər kəs uzaq ikən gördüm tək Səni,
Zamanın maşını verən günləri,
Ömrümdən alanda artdı dərd sərim.
Körpəyə bələyib amper, saniyyə,
Günahı yumaqçün yazılan ayə,
Günahsız günahkar deyənlər göyə,
Qoymadı dərdimi mən geri verim.
Yaşadıq bir şeylər günah deməyək,
Bizi Yaradan da tənhadır biz tək,
Əlac istəyəndə tək Ona deyək,
Sevgi ağacında boş qaldı yerim.
Şəfəq Şərqiyyə lətifli