Buz kimi olmuşam, üşüdüm dünya!
İsti əllərini tapa bilmirəm.
Bir nəfəs kimisən alıb verirəm,
Sevgitək qəlbinə hopa bilmirəm.
₼₼₼
Sevgi mələyimdin, sən bir zamanlar,
Hər an solmaz idi, eşqə gümanlar,
Deyirdim ayrılmaz, bu iki canlar,
Dərdimin çarəsin tapa bilmirəm.
₼₼₼
Boş qalıb sinəmdə sevginin yeri,
De kim qaytaracaq keçmişi geri?
Qırılıb tökülmüş o, şən günləri,
Mən necə eyləyim bərpa, bilmirəm?
Şəfəq Şərqiyyə lətifli