10366,2%-0,04
40,35% 0,24
46,92% 0,49
4349,52% 0,54
6958,85% 0,87
Əsla Güney Azərbaycan və İran davalarinda iştirak etməyən, bircə məqaləsi, fikri olmayan, bu davaya ömür həsr etməyən, bu davanin problemlərini, çatışmazliqlarini bilməyən bir sira fürsətçi ekran qəhrəmanlari var.
Dünən, bir həftə əvvəl ayri şeyler konuşurdular, Sovet Rusiyasinin perspektivindən formalaşdirilmiş ədəbiyyatlarin və propaqandalarin etkisi ilə "Cənubi Azərbaycan" davasindan konuşurdular, bu gun isə İran haqqinda, Güney Azərbaycan haqqinda məhz bizim irəli sürdüyümüz, bizim müəllifi olduğumuz Türk perspektivinden danişirlar. Bir saatliq ekran qəhrəmanlari. Dəyişkən, məsləksiz, idealsiz, fürsətbaz, yalançi qəhrəmanlar. Dünən İsraili, bu gün İrani savunan yalançilar.
Fikir sahibinin adını çəkmirlər, ancaq fikirləri oğurlayib öz fikirləri, araşdirmalari, ideyalari kimi təqdim edirlər. Soruşan lazimdir ki, sen nə vaxt İran, Guney Azərbaycan problemi ilə məşgul oldun ki?
İran haqqinda yazdigimiz çox sayli
Yazilarda irəli sürdüyümüz tezisləri, fikirləri oxuyub, əzbərləyib ekranlarda öz fikirləriymiş kimi danişan, yayan "qəhrəmanlara" eşq olsun.
Ömrünü, həyatini bu davaya həsr etməyən yalançi təbliğatçilari, saxta qəhrəmanlari ekranlarda " İrani çözəcək ekspert" kimi təqdim edən kanallara eşq olsun.
Eybi yoxdur. Əsas odur ki, fikirlərimiz yayilir.
Tərəfimizdən neçə illərdir ki, aparilan İrandaki Türk milli Hərəkatini doğru təməllərə oturtmaq cəhdi Quzey Azərbaycanda bəhrə verir.
Biz Sovet Rusiyasinin perspektivinden yaradilmiş coğrafiya mərkəzli "Cənubi Azərbaycan" məsələsini Türk perspektivinə uyğunlaşdiraraq, Türk mərkəzli "Türk İrani" və ya "İran türkdür" məsələsinə çevirməyə nail olmaqdayiq.
İranin tamamina hakim olan türkləri, Dərbənddən-Həmədana qədərki coğrafiyaya çəkib yerləşdirmək, Azərbaycan coğrafiyasi ilə məhdudlaşdirmaq, Türkləri Kəngər-Bəsrə körfəzindən şöküb atmaq, Türklərin Kəngər körfəzi, Umman dənizi, Hörmüz boğazi və Hind okeanina çixişini əngəlləmək, Kəngər körfəzi kimi strateji bölgəni Türklərin əlindən alib, Bati imperializminə və İzrailə qapdirmaq siyasetini əngəlləməliyik. Biz buna çalişmaliyiq. Bu gerçəkləri millətimizə anlatmaliyiq. İzrailin plani Nil və Fərati ələ keçirməkdirsə, həm də Süveyş kanali ilə Bəsrə körfəzini ələ keçirməkdir. Bəsre körfezine yaxın bölgelerde Qaşqay eli yaşayir. Azərbacan dediyin dar Sovet- Rus ağlinin cizdiyi coğrafiya Qaşqay Elini əhatə etmir. Elçibəyin çizdiyi böyük Azerbaycan ise Xezerden- Kenger körfezine qədərki cografiyadir ki, bu da bizi İzraiillə toqquşmaya getirib çixaracaqdir. İzraillə üz- üzə gələcəyik. Bunu görün İzrailçi azərbaycançilar.
İzrail demek ABD demekdir, Bati kürəsəl sistemi deməkdir. Misirdən Süveyş kanalini, Sina yarimadasini ve Nili almaq, Türklərdən isə Fərat çayini, İran platosunu və Bəsrə- Kəngər körfəzini alib, Türklərin Hind okeanina çixişini önlemek İmperializmin bir siyasətidir, ABD - nin planidir, Bati yəhudi-xristian birliyinin hədəfidir. İrani yəhudi- xristian dünyasinin da, farsin da əlindən alib türk dövlətini bərpa etməkmi doğrudur, yoxsa kiçik- kiçik etnik ərazilərə bölüb Bati sisteminə tabe olan manda dövlətcikləri qurmaqmi önəmlidir izrailçi azərbaycançilar?
İnaniram ki, Türkiyə-Azərbaycan-Pakistan ittifaqi Qarabag məsələsini çözdüyü kimi, İran- İzrail məsələsini də çözümə ulaşdiracaqdir.
İnaniram ki, Bütöv Azərbaycan davasi ABD- İzrail birliyinin əlində oyuncaq olmayacaq, onlarin mənfəətinə xidmət etməyəcək, onlarin əlindən alinacaqdir. Biz İran- Bütöv Azərbaycan məsələlərini müttəfiqimiz Türkiyə ilə birlikdə həll edəcəyik. İran məsələsində son sözü İzrail yox, Türkiyə, Türk milləti deyəcəkdir.
İran Türklərin vətənidir. İranin siyasi xəritəsini biz çəkmişik. İranda fars dövlətçiliyinə son verilməlidir. İran dövlət dili fars dili ola bilməz. İran fars mərkəzli dövlət ola bilməz.
Türklər sadəcə Güney Azərbaycani yox, İrani bütövlukdə yenidən qazanmalidirlar. Farslar da İrandaki diğər xalqlar kimi azinliqdir və İranda yaşamaq haqqina sahibdir. Lakin İran dövləti bir Türk dövləti olmalidir. Türklər İranin bütün bolgələrində yaşayirlar. İran türkdür.
Ölkəmizdə son illərdə Ğüney Azərbaycan, Qərbi Azərbaycan, Türk Birliyi kimi məsələləri danişan iki kəsim formalaşmişdir.
1. Bu böyük milli dava məsələlərinə ömür qoymuş, yazmiş, çizmiş idealist dava adamlari.
2. Bu milli hədəflərdən, davalardan, ideyalardan pul qazanan, ideyani qht sturukturlarinin alver mənbəyinə çevirən, davani qht səviyyəsinə endirən, pul, şöhrət, mənsəb qazanan saxta təbliğatçilar.
AMEA- da Türkçü-Turançi- Pantürkist deyib məni vuran böyük bir Türk düşməni dəstə var idi. AMEA sistemindən vurulub atilmağim üçün ən yüksək çevrələrdə əleyhimə böyük kampaniyalar aparirdilar.
İndi məni Pantürkist deyib suçlayan bu türk düşmənləri hamsi dönüb Türkçü olub, özlərini Türkçü kimi təqdim edirlər. Soruşan lazimdir, sən bu dava üçün nə etdin, hansi bədəlləri ödədin, nələri qurban verdin, hansi əməllərin, xidmətlərin var?
Dünən Ramiz Mehdiyevin komandasinda olub Rusiya mərkəzli siyasətə dəstək verən antitürkçu adamlar bu gün bu davalarin sahiblərinə, qəhrəmanlarina çevrilmişlər.
Böyuk yalanlarin içindəyik. Olmaz belə şeylər!
Xatırlayiram, Əbülfəz Elçibəy BAB -ni quranda, əsla İrani bilməyən, Güney Azərbaycan davasinin əleyhinə olan, Güney Azərbaycan davasina ağiz büzənlərin hamsi bir anda BAB -nə doluşub bir anda bu davanin təbliğatçilarina çevrildilər. Ebülfəz Elçibəy dünyasini dəyişən kimi dağildilar, davadan vaz keçdilər.
Eləcə də, son 30 ildə Qərbi Azərbaycan məsələsindən bircə dəfə danişmayan, bu davani təmsil etməyən, yazmayan, çizməyən akademiklər, deputatlar QAİ-yə doluşub az bir zamanda bu davanin sahiblərinə, təmsilçilərinə, qəhrəmanlarina çevrildilər. Burada da pul qapmaq həvəsi insanlari saxta qəhrəmanliqlara sövq etdi. Əksəriyyətinin işi gücü qol ğötürüb oynamaqdir. Çal oynasin vur çatlasin. Yemek içmek, ziyafətlər...
Soruşan lazimdir sən bu davaya nə qatdin, davani bir mərhələdən o biri mərhələyə keçirdinmi, hansi mərhələyə keçirdin, milli fikrə, milli iradəyə nəyi qazandirdin, hansi fikrin, hansi əməlin sahibu oldun...?
Ölkəmizdə bir şeylər doğru getmir...
Yasəmən Qaraqoyunlu.