Tarih: 19.02.2026 21:31

Gəldim...

Facebook Twitter Linked-in

Qəm yemə, qüssəni boğmağa gəldim,
Sevgiyə dönmüşəm, deməyə gəldim.
Gözlərin  yaşını görməyə deyil,
Sevgimlə gözləri silməyə gəldim.

Donmuş ürəklərdə atəş oduyam,
Zülməti gecədən qovmağa gəldim.
Həyatı sevirəm, mən çətin doyam,
Dünyanı eşq ilə sarmağa gəldim.

Nə nifrət tanıram, nə kin, nə qəzəb,
Ruhun sarayıdır ən ali məzhəb.
Barışı gətirdim, mən oldum səbəb,
Məlhəm tək hər qəlbə dolmağa gəldim.

Ağrılar yox olar, sızıltı bitər,
Mənim bir baxışım min dərdə yetər.
Səhranın bağrında desəm gül bitər,
Vüsalın şaqqanaq səsinə gəldim.

Mən sevgi mələyi, eşqin özüyəm,
Yaradanın yerdə şirin sözüyəm.
Hər kəsin dünyanı sevən gözündə,
Əbədi məşəltək yanmağa gəldim.

Şəfəq Şərqiyyə Lətifli




Orjinal Habere Git
— HABER SONU —