Tarih: 08.11.2024 13:34

Xatırlayarsan

Facebook Twitter Linked-in

Bölüb ürəyimin qəm kədərini, 
Məni xəyal olsam, xatırlayarsan. 
Bu qədər dastanlar  yazdıq ikimiz,
Məni xəyallarda xatırlayrsan. 
                 #####
Sevgi bağçamızda gülümüz solub,
Ürəyim həsrətlə, acıyla dolub, 
Arzumun çiçəyi, ləçəyin yolub, 
Məni xəyallarda xatırlayrsan. 
                 #####
İnana bilmirəm, qalmışam sənsiz,
Deyirlər, həsrətin olub bir dəniz ,
Qoymusan əllərdə yetim kimsəsiz,
Məni xəyallarda xatırlayarsan. 
                 #####
Mən sənin ətrini geri gətirdim, 
Bilirəsən? yenidən meyvə tək dərdim, 
Ömrümü,- ömrünün önünə sərdim, 
Məni xəyallarda xatırlayarsan. 
                 #####
Sənsiz günlərimin sayı bir ömür,
Mənə səndən qalan, payı bir ömür,
Həftəsi bir ömür, ayı bir ömür,
Məni xəyallarda xatırlayarsan. 
                 #####
O, səsin çınlayır, hər qulağımda,
Durmusan eşqimin köz ocağımda, 
Səni unutmayan, bax bu çağımda,
Məni xəyallarda xatırlayarsan.

Şəfəq Şərqiyyə Lətifli




Orjinal Habere Git
— HABER SONU —