Bugün, 21 Kasım 2024 Perşembe
  • BIST 100

    9121,78%1,00
  • DOLAR

    34,51% 0,15
  • EURO

    36,45% 0,29
  • GRAM ALTIN

    2959,15% 0,83
  • Ç. ALTIN

    4929,17% 0,00

İctimaiyyətə müraciət 

.

GÜNDEM 29.10.2024 15:02:00 0
İctimaiyyətə müraciət 

İctimaiyyətə müraciət                                    

     Bu müraciətdə Azərbaycan cəmiyyətinə yayılan korrupsiya xərçəngi barədə yazıb ondan xilas olmaq üçün gördüyüm işlərdən bəhs edəcəm, bu mövzuda fikirlərimi bölüşəcəm.

    2011-ci ildə baş verən “Ərəb baharı”ndan sonra 3 il Tunisə rəhbərlik etmiş Munsif Mavzuki  “Əl-cəzirə” xəbər agentliyində yayınladığı “Möhtac olduğumuz əxlaqi inqilab” adlı məqaləsində bunları yazır;

“Sual: ictimai maraqları “ürəyindən vuran təhlükəli işlər hansılardır: Cavab çətin deyil və bütün cəmiyyətlərə aiddir: korrupsiya ilə uzaqdan və yaxından əlaqəli hər şey.

Bəziləri başa düşə bilmir ki, bu cinayət camaatdan oğurlanan məbləğin miqdarıyla bağlı deyil. Çünki, bu miqdar nə qədər böyük olsa da, böyük problemin kiçik bir hissəsidir, yəni dənizdə bir damladır. Korrupsiyanın əsl təhlükəsi onun zəhmətkeşlik, düzgünlük, bərabərlik dəyərlərinə xələl gətirməsidir. Bu tendensiya cəmiyyətdə belə bir fikir yaradır: “Əgər cüzi pulla dolanmaq istəyirsənsə, işlə ; amma sərvət qazanmaq istəyirsənsə, başqa yollar axtar”. Beləliklə, korrupsiya yolu...

     İndi isə istər keçmişdə, istərsə də  bugün hüquq və azadlıqları məhv edən korrupsiyanın fəsadlarına və onun tiranlıqla əlaqəsinə nəzər salaq.

Korrupsiyanın miqyasını ən yaxşı bilən, rüşvətxor dövlət başçısıdır. Ona görə də korrupsiyanı ört-basdır etmək üçün tənqidlərin qabağını almalı və bütün azad səsləri susdurmalıdır. Daha sonra bu səslərin sahiblərini qorxutmaq üçün işgəncələrə əl atmaq zərurəti ortaya çıxır. Rejimi dəstəkləyənləri artırmaq üçün mümkün qədər çox adamı korrupsiyaya bulaşdırmaq lazımdır. Heç bir qeydiyyat və təqibin aparılmasını təmin etmək üçün məhkəmə sisteminə nəzarət siyasəti aparılır. Müstəqillik qazanandan bəri ərəb dünyasındakı dövlət başçılarımız açıq şəkildə nasizmə, fərdiyyətçiliyə, qohumbazlığa, regionçuluğa və həyasız yalana əl atıblar. Beləliklə, xəstənin bədəninə yayılan xərçəng hüceyrələri kimi, bu əxlaqsız davranışları cəmiyyətdə vərdişə çevirtdirərək yaydılar. Həqiqət budur ki, bizi sağaltmağı gözlədiyimiz həkimlərin özləri cəmiyyətin ən təhlükəli xəstəliklərinin daşıyıcıları və yayıcılarıdır. Beləliklə, beynində bir şişlə başlayan və sonra bədənin bütün hüceyrələrinə yayılan korrupsiya xərçənginə tutulmuş bir cəmiyyətimiz var.

      Bugün bütün xalqların təcrübəsindən aydın olan odur ki, korrupsiya kütləvi surətdə destruktiv davranışların ən böyük səbəbidir. Korrupsiyanın kökünü kəsmək yalnız və yalnız

1) son dərəcə sərt qanunlar qəbul edilməsindən

2) korrupsiyanı ifşa etmək üçün effektiv mexanizmlər, o cümlədən rüşvətə bulaşmamış azad mətbuat, rüşvətxor hakimlərdən təmizlənmiş müstəqil məhkəmə sistemi və digərlərini təmizləyən təhlükəsizlik orqanlarının yaradılmasından

3) xüsusilə də şüurlu vətəndaş cəmiyyətinin və bu mübarizədə ayıq-sayıq olan korrupsiyaya bulaşmamış siyasi iqtidarın mövcudluğundan asılıdır.

 

 

 

     İki il əvvəl bu məqaləni Azərbaycan dilinə tərcümə edərkən, korrupsiya ilə mübarizəyə verdiyim töhfələrə görə mütəşəkkil dəstə tərəfindən Türkiyədən oğurlanıb Azərbaycana gətiriləcəyim, polis idarəsində işgəncələrə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qalacağım, psixotrop maddələrlə zəhərlənib anlaqsız, iradəsiz hala salınacağım, nalayiq hərəkətlərə məruz qoyulmaqla, ailəmlə hədələnəcəyim, bu yolla yalan ifadə yazmağa məcbur ediləcəyim ağlıma gəlməzdi. Cənab Mavzuki sanki korrupsiya ilə bağlı tədqiqatlar aparan və həll yolları axtaran elm admı olaraq başıma gələcəklərdən əvvəlcədən məlumatlı imiş.

     Şübhəsiz ki, həm mənim, həm də iqtisadçı alim Qubad İbadoğlunun vətənimizdə saxta pul satmaqda ittiham olunmağımız üstünü açdığımız iqtisadi cinayətləri törədənlərin bizə qarşı qisasıdır. Azərbaycan Gənclərinin Təhsil Fondu (AYEF)

 

 

layihəsinin bu qədər böyük rezonans doğurması, layihənin ideya müəllifi və rəhbəri olaraq müvafiq olaraq mənə və Qubad İbadoğluna qarşı siyasi repressiyaların aparılması Azərbaycanda kök salan korrupsiya şəbəkəsinin suçluluq psixologiyasının təzahürüdür. Ancaq, onlar başa düşmür ki, nə qədər çox olsa, apardığım tədqiqatlara və irəli sürdüyüm  AYEF layihəsinə dünya ictimaiyyətinin diqqəti o qədər böyük olacaq. Mən mümkün qədər çox həm bu tədqiqatlarım, həm də AYEF layihəsi ilə bağlı ictimaiyyəti məlumatlandırır, ictimai maraqlara xidmət edən bu layihənin önəmini vurğulayıram. 13 may 2024-cü ildə Azərbaycan Prezidentinə ünvanladığım müraciətlərdə korrupsiya ilə bağlı tədqiqatlara necə başladığım barədə məlumat vermiş, AYEF layihəsinin ideyasının necə yarandığını açıqlamışdım.

     Mən İstanbul Universitetində apardığım elmi tədqiqatlarla insanların iqtisadi fəaliyyətinə, həyat standartlarına, sosial rifahına mənfi təsir edən iqtisadi cinayətlərin sayının azaldılmasına töhfə verməyi hədəfləyirdim. Bu məqsədlə, informasiya asimmetriyasının makroiqtisadi təsirlərini araşdırırdım. Bu mövzuda tədqiqatlar aparmağın, maraqlar toqquşmasına görə riskli olduğunu bilsəm də, Türkiyə dövlətinin gücünə və qanunlarına güvənib tədqiqatlarıma İstanbul Universitetində davam etdim. Mən iqtisadiyyatda etika sahəsində

tədqiqatlar aparan bir elm adamı olaraq, dünyada, o cümlədən Azərbaycanda bu qədər böyük humanitar problemlər, sosial ədalətsizliklər, fundamental insan hüquqları pozuntuları, həyat standartlarına, sosial rifaha, biznes etikasına zərər verən iqtisadi cinayətlər varkən, öz şəxsi maraqlarım, rahatlığım üçün eqoistcə yaşamağı etik hesab etmirəm. Bu problemlərin həllinin insanları, xüsusilə də gəncləri maarifləndirməkdən keçdiyini düşünürəm. AYEF mənim şüurlu vətəndaş cəmiyyəti yaratmaq məqsədilə irəli sürdüyüm maarifçiliklə bağlı layihələrimdən biridir. AYEF Azərbaycan xalqından oğurlanıb Böyük Britaniya iqtisadiyyatına yatırılan və bu ölkənin Milli Cinayətlər Agentliyi ( National Crime Agency ) tərəfindən müsadirə edilən vəsaitlərin Azərbaycan xalqına qaytarılmasını təmin etmək imkanı yaradan, Azərbaycan gəncləri üçün təhsildə fürsət bərabərliyini hədəfləyən bir sosial təşəbbüsdür. Bu təşəbbüsün korrupsiya ilə mübarizə  sahəsində dünyada ən uğurlu layihələrdən biri olacağına ürəkdən inanıram. Bu səbəbdən, girovluqdan azad olunmağım üçün iqtisadi cinayətkarlıqla mübarizədə ixtisaslaşmış beynəlxalq təşkilatlardan, o cümlədən BMT və FATF-dan dəstək gözləyirəm. Bir sözlə, xalq qəhrəmanlarının qılıncla qol gücünə eləməyə çalışdığını mən AYEF ilə ağıl gücünə etməyə çalışmışam. Bu, sosial ədalət naminə 21-ci əsrin müasir sivilizasiyalarına xas sivil mübarizə

 

 

formasıdır. Korrupsiya ilə sivil mübarizəmi dayandırmaq üçün bugünədək mənə  qarşı qeyri-sivil yollarla edilən bütün cəhdlər uğursuzluğa düçar oldu. Artıq hüquq müdafiəçilərim vasitəsilə NATO baş katibini və NATO ölkələrinin liderlərini Türkiyədən oğurlanıb Azərbaycanda işgəncələrə məruz qoyulmağım və şərlənməyimlə bağlı məlumatlandırmışam. Bugündən sonra mənə qarşı edilən bütün qanunsuz hərəkətlər dünya ictimaiyyətinə xarici dillərdə çatdırılacaq. Azərbaycanda azad səsləri boğmaq üçün aparılan repressiyalar mənim mübarizəmlə iflasa uğrayacaq. Mafiyavari üsullarla daha məni qorxutmaq mümkün deyil. Barəmdə həbs qətimkan tədbiri seçən hakimlərin Beynəlxalq sanksiyalarla üz-üzə qalması siyasi dustaqların işinə ədalətsiz şəkildə baxan bütün hakimlərə dərs olacaq.  Mənim Türkiyədən oğurlanma əməliyyatında iştirak edən, mənə işgəncə verən, hədə-qorxu gələn, məni psixotrop maddələrlə zəhərləyən, sübutları saxtalaşdıran polislər, ədliyyə işçiləri və onların rəisləri də bənzər aqibətlə üzləşəcək. Bu cəza tədbirləri Azərbaycanda işgəncə mərkəzlərinə çevrilən hüquq-mühafizə, ədliyyə orqanlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün zəmin yaradacaq.

 

      Azərbaycanda uzun illər dövlət vəsaitlərinin mənimsənilməsi hesabına (korrupsiya yolu ilə) yüksək

vəzifəli şəxslər tərəfindən yaradılıb idarə olunan oliqarxiya iqtisadiyyatı dayanıqlı iqtisadi inkişafın yaranmasına əngəl təşkil edib. Dünya universitetlərində oxudulan iqtisadiyyat kitablarındakı liberal iqtisadi prinsiplərə tamamilə zidd formada qurulan milli iqtisadi struktur korrupsiya, inhisarçılıq və haqsız rəqabətlə ildən-ilə daha da dayanıqsız formaya çevrilir. Anti-demokratik, avtoritar idarəçilik sistemi isə korrupsiya, inhisarçılıq, haqsız rəqabətlə mübarizəni effektsiz edir, azad sahibkarlıq fəaliyyətinə süni əngəl yaradır. Bu şərtlərdə milli təəssübkeşlik duyğuları ilə irəli sürdüyüm AYEF layihəsinin gerçəkləşməsinə beynəlxalq hüquq normalarını pozaraq mane olmaq, iqtisadi alimləri, jurnalistləri, ictimai fəalları qanunsuz olaraq həbs etmək və bununla da korrupsiya şəbəkəsini qoruyub saxlamaq ictimai maraqları baltalamaqdan başqa bir şey deyil. Korrupsiya şəbəkəsinə canla-başla qulluq dənlər isə, təəssüf ki, şəxsi maraqları ictimai maraqlardan üstün tutaraq, Azərbaycan xalqına xəyanət edir. Onlar qeyri-etik davranışları ilə məsuliyyətsizlik edən ağılsız, eqoist uşaqlara bənzəyir. Mən bir azərbaycanlı elm adamı olaraq, korrupsiya şəbəkəsinə qulluq edənlərə, əməllərinin Azərbaycan xalqının maraqlarına zərər verdiyini xatırlatmağı özümə borc bilirəm. Onlar yaxşı yaşasınlar deyə milyonlarla insanın rifahını pisləşdirmək eqoistlikdir. Əxlaqi şüuru inkişaf edən

insan şəxsi maraqları üçün başqalarına pislik etməz. Ayrıca, milli və ictimai şüurumuz da soydaşlarımızın taleyinə biganə qalmamağı bizdən tələb edir. Özümüzü şüurlu varlıq hesab ediriksə, sosial məsuliyyətli olmalıyıq. Əks halda, şüursuz varlıqlarla dolu bir cəmiyyətdə cəngəllik qanunları ilə yaşamağa məhkum olacağıq.

 

 

       Korrupsiya hallarını işıqlandıran jurnalistlərin, iqtisadçıların həbsinə biganə  qalmaq cəmiyyəti cəhalətə, yoxsulluğa, qaranlığa qərq etmək deməkdir. İqtisadi cinayətləri araşdıran iqtisadçı alimlərin iqtisadi cinayət törətməklə ittiham edilməsi şübhəsiz ki, korrupsionerlərin məkrli oyunudur. Bu oyunu quranları srvindirməmək üçün haqsızlıq qarşısında susmayaq, ictimai maraqları qorumaq üçün mübarizə aparan insanlara dəstək olaq. Ya hər şeyi qəbullənib ömrümüz boyu qaranlıqda yaşayacağıq, ya da ləyaqətimiz, hüquq və azadlıqlarımız, sosial rifahımız uğrunda mübarizə aparıb aydınlığa çıxacağıq. Əlqərəz, 1937-ci il repressiyalarının müstəqil Azərbaycanda davam edib ictimai maraqları qorumaq üçün çalışan intellektual soydaşlarımızın axırına çıxmadan, lütfən, birləşib zülmün zəncirini qıraq.

        Hörmətlə:            Fazil Qasımov

        Tarix: 17.10.2024


Haber Editörü

admin admin

admin@kurumsalx.com

Tek seferde milyonlarca uyuşturucu ele geçirildi! 2 tona yakın uyuşturucu!

Başkan Yılmaz, COP29'da konuştu

Mardin Artuklu’da E-Twinning başarısı

Kocaeli İzmit'te halka ücretsiz istiridye mantarı

Faruk Kılıç'tan 'Irak'la ticaret' mesajı

Kadin Milli Takımımızdan tarihi başarı

Kadın Milli Takımımız Tarih Yazıyor: İsveç’i 7-5 Yendi!

Bursa'da genç zihinler yarıştı

Bursa Osmangazili çocuklar yazarlarla buluşuyor

Rekabet Kurulu, Mastercard ve Visa hakkında soruşturma açtı

Hurda araç teklifi Meclis'te! Eskisini getirene, yeni otomobil ÖTV'siz ve KDV'siz verilecek

Terörle mücadele hız kesmiyor

İzmit'ten Konservatuvar Bölümü'ne ziyaret

MİT'ten Gara'da nokta operasyon! PKK/KCK'nın sözde sorumlusu Serhat Tagay öldürüldü

İzmir Seferihisar'da 2 polis memurunu ağır yaralayan saldırganın ilk ifadesi ortaya çıktı: Husumetlilerim zannettim!

MSB'den teğmenlerin kılıçlı yemini ile ilgili yeni açıklama: Disiplinsizliğin “ama”sı, “lakin”i, “fakat”ı olmaz!

İngiliz füzelerine misilleme! Rusya, Ukrayna'yı ilk kez balistik füzeyle vurdu!

Sağlık Çalışanları 2-6 Aralık Tarihinde Yeniden İş Bırakıyor

Öztan Hastanesi, Normal Doğumu Teşvik Etmek İçin Gebe Okulu'nu Açtı

"YAP kurulduğu günden bu güne kadar büyük, onurlu ve başarılı bir yol kat etmiştir"

Milletvekili Şan, komisyon başkanlığına getirildi

AK Parti İl Başkanı Kablan’dan Tutdere’ye ‘kazı ve çamur’ tepkisi!

1 milyon mükellef e-Defter sistemine dahil oluyor

Manisalı çocuklar İzmiri gezdi

Başkan Kılca, ASKON Konya’nın konuğu oldu

Marmarabirlik ikinci dilim ödemeleri gerçekleştiriyor... 354 milyon TL yarın hesaplarda

Kocaeli'de ‘Yol Arkadaşım’ projesine destek

BASKİ'den yeni su kaynakları ile kesintisiz hizmet

Rize Çayeli'nde heyelan! CHP: Bu tür afetler kader değil, basiretsizliktir!

Sivas'ta kentsel dönüşüm TOKİ'yle olacak

Yükleniyor

Haberi Sesli Oku
Çelebi Ofis

24 Kasım 2024 Erzurumspor vs Fatih Karagümrük maçı Hangi Kanalda Saat Kaçta Yayınlanacak?

Bu şehirde muhalefet var da biz mi göremedik?

ÖNCEKİ DÖNEM İÇİŞLERİ BAKANI ÂLÂ’DAN REKTÖR HACIMÜFTÜOĞLU’NA ZİYARET

ERZURUM’UN TARİHİ ZENGİNLİKLERİ GÜN YÜZÜNE ÇIKIYOR: KIRK PENCERELİ MAĞARALAR ARAŞTIRILACAK

İRAN İLE AKADEMİK VE EKONOMİK İŞ BİRLİĞİ ALANLARI GÖRÜŞÜLDÜ

ATATÜRK ÜNİVERSİTESİ İLE MUŞ ALPARSLAN ÜNİVERSİTESİ ARASINDA İŞ BİRLİĞİ PROTOKOLÜ İMZALANDI

HAZIRLIKLAR SON SÜRAT DEVAM

Özel günde, özel kutlama…

Erzurum Taşmağazalar'dan bir hamle daha… Alay / Mektep El ele Kuyumculukta İleriye

Erzurum Atatürk Üniversitesi’nde başıboş köpekler öğrencilere her sabah kâbus yaşatıyor.

Sakarya'da eğitim buluşması

Malatya'da 24 derslikli okulun temeli dualarla atıldı

Şanlıurfa Öğretmen Akademileri açılış programı gerçekleşti

Hayırlı Sabancı desteğiyle 500 gence daha İngilizce fırsatı

MEB yeni müfredata uygun yeni testleri yayımladı

İzmir Karabağlar'da bilinçlendirme etkinlikleri düzenlendi

TEKSİDER’den Şırnak’taki öğrencilere destek

20 bin öğretmen adayı için tercih süreci bugün sona erecek

İzmir Güzelbahçe'de Üçüncü Yaş Üniversitesi kuruluyor

Kocaeli'de afet farkındalık eğitimi

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 11 10 0 1 21 31
2.Fenerbahçe 11 8 1 2 18 26
3.Samsunspor 12 8 3 1 11 25
4.Eyüpspor 12 6 2 4 7 22
5.Beşiktaş 11 6 2 3 9 21
6.Göztepe 11 5 3 3 6 18
7.Sivasspor 12 5 5 2 -3 17
8.İstanbul Başakşehir 11 4 3 4 3 16
9.Kasımpaşa 12 3 4 5 -3 14
10.Konyaspor 12 4 6 2 -6 14
11.Antalyaspor 12 4 6 2 -9 14
12.Rizespor 11 4 6 1 -9 13
13.Trabzonspor 11 2 3 6 -2 12
14.Gazişehir Gaziantep 11 3 5 3 -3 12
15.Kayserispor 11 2 3 6 -5 12
16.Bodrum FK 12 3 7 2 -6 11
17.Alanyaspor 11 2 5 4 -5 10
18.Hatayspor 11 1 7 3 -8 6
19.Adana Demirspor 11 0 9 2 -16 2

YAZARLAR