9317,24%-0,84
37,95% 0,34
43,14% 0,15
4074,57% 0,31
6621,05% 0,78
Sərvət sənin torpağından qaynayır, Yadlar baxır, qarasına oynayır, Tale səni niyə didir, çeynəyir? Qolu bağlı, dili bağlı millətim, Talan mallı, sinə dağlı millətim Yadlar səni parçalayıb, didibdi, Ov etməyə güdüm-güdüm güdübdü, Doğma izin yad izində itibdi, Qolu bağlı, dili bağlı millətim, Talan mallı, sinə gağlı millətim. Çox heyflər, işin zaydı neyləsən, Zəhmətinlə işıq saçan şöləsən, Ögey "qardaş" nökər tutub köləsən, Qolu bağlı, dili bağlı millətim, Talan mallı, sinə dağlı millətim. Qurdlar baxıb quzu kimi gözünə, Payız tale talan salıb yazına, Özündən də az dəyməyib özünə, Qolu bağlı, dili bağlı millətim, Talan mallı, sinə dağlı millətim. Düşünmüşəm əhvalını duymuşam, Məlalını yeyib-yeyib doymuşam, Dərdin ilə sərv qəddimi əymişəm, Qolu bağlı, dili bağlı millətim, Talan mallı, sinə dağlı millətim. Çərkəz deyir birliyini görəydim, Xoş gününə saf duyğumu sərəydim, Torpağına canı fəda verəydim, Qolu bağlı, dili bağlı millətim, Talan mallı, sinə dağlı millətim.