Səhnəsiz tamaşa...
Müəllif Şəfəq Şərqiyyə Lətifli
Bu senarini kim düşünüb?
Haqlı kim, haqsız kim?
Bu gün bütün bu olanları anlamağa çalışıram...
Yağışlı gün idi...çox üşüyürdüm. Pəncərəni döyən, yağış damcıları, bir birinin ardınca içəri otağıma girməyə can atırdılar. Sürətlə şüşəyə dəyib yerə, şüşə boyu aşağı sürüşən hər damlanın dönüb, hirslə mənə baxdığını görürdüm.
Onlara həm gülməyim tuturdu , həmdə ağlamağım.
Birdən telfonumun zəngi çaldı...
Təəsüf ki, belə bir gülməli ağlamalı mənzərəni buraxmaq zorunda qaldım...
Zəng edən mənim yaratdığım qurupun üzvlərindən Zahid idi. Barmağım telfona dəyən kimi Zahidin səsini eşitdim. Suyun şırıltısına bənzəyirdi onu səsi. -Müəllimə qurupa girin, deyəndə məni həyəcan basdı. Görən nə olmuşdu? Özüm özümə sual verənə qədər telefondakı o səs yoxa çıxdı. Düşünmədən əllərim telfonun üzərində hərəkət etməyə başladı. Çaşıb qalmışdım. Hər gün problemsiz girdiyim qurupa girə bilmirdim. Əllərim əsməyə başladı...Görən nə olub? Bir təhər qurupa qoşula bildim...İlahi nə qədər mesaj gəlib. Heç vaxt qurupa bu qədər səs gəlməmişdi. İndi mənə çatdı. Demək ki, "söz səhnəsində" tamaşa adı qoyduğum qurup işlərindən biri baş vermişdi. Görən bu dəfə nə olmuşdu? öz özümə danışmağa başladım...
Əlimi ilk səsə atdım.
- Sevincin titrək səsi gəlirdi. Əziz qardaş bacılar tik tokda mənə oxşar biri var. Hamı elə bilir o mənəm. Nə olar mənə məsləhət verin. Nə edim ki, evdəkiləri başa salım. Ordakı qadın mən deyiləm...
Bu qadını məndə görmüşdüm.Onu Sevincə oxşatmışdım...
Əslində Sevinc bir ev xanımı idi. Tik tokdakı qıza bənzədiyini, ordakı qadının bir şairə olduğunu bilirdim. Öz gözəl şerlərini özü ifa edirdi. Onunda çoxlu izləyəni vardı. Bunu anladıq. Bəs Sevincə bunun dəxli nə idi, onu dərk edə bilmirdim.
Digər səslərə qulaq asmağa başladım. Salamlaşmalar etiraflar dolu idi. Söhbət o qədər uzun, həmdə qarışıq idi ki, bir səsə2 dəfə qulaq asırdım...
Bir link atmışdılar. Onuda açdım...Bu bir reklam videosu idi. Linki atan mənim çox hörmət etdiyim bir xanım idi. Reklamda bir yemək bişirən qazan haqqında məlumat vardı. Sona kimi baxa bilmədim. Linki bağladım. Öz özümə düşündüm. Bu qurup şairlər qurupudur. Yəqin ki söz söhbət buna görədir.
Heç yanılmamışdım. Bir bir səsləri açdım. Ağız deyəni qulaq eşitmirdi. Hər ağızdan bir avaz gəlirdi. Birdən Hüseyn müəllimin səsi qulağımda exo verməyə başladı. Mənim nömrələrimə zəng gəlib qurupdan bir xanımdır, deyir ki, mənim nömrəmi kiməsə vermisiniz. Düzü heç əlaqəsi olmayan bu səslərə qulaq asdıqca ay Zahid indi mən nə edim burda? deyib susdum. Hər kəs bir şeylər danışır, məni niyə bu söhbətlərə qatırsan demək istəyirdim ki, bir audio öz özünə açıldı. Bir ultimatum kimi, bir şey idi. Qurupun rəhbəri məni eşidirsiniz, qurupda dini mövzuda çağırışlar ediblər. Burda Allahı reklam edirlər. Buna bir əncam çəkin. Bunu etməsəniz lazımı yerlərdə cavab verəcəksiniz.
Ürəyim birdən möhkəm döyünməyə başladı. Bu nədir görən? kim Allah haqqında nə danışıb? Bura qədər gəlmişdim. Allahın reklamı harda idi?.Yuxarı baxmağa başladım. Biricik pəncərəsi olan bu səhnəsiz tamaşanın qəhrəmanlarının çıxışlarına baxdıqca, səhnəsiz tamaşanın senarisini düşünürdüm. Müxtəlif mövzular, uyuşmayan obrazlar, çarəsiz bir qurup rəhbərini məzəmmət edirdi. Məni fikir götürdü, bu qurupu nədən yaratmışam..? Cavab sadə idi, darıxıram, ünsiyyət istəyirəm...
Bəs onda niyə yenə kədərin, qəmin içindəyəm. Bu sualın cavabında özüm verdim. Bunun günahkarı tamaşa deyildi. Tamaşanın səhnəsiz olması idi. Məkanı olmayan bir yerdə oynanılan söz oyununa səhnə lazım deyildi...
Başımın hərləndiyini hiss etdim. İndi nə edim bu tamaşaya baxım yoxsa, onunda üzün, qədərim kimi, bir dəfəlik sonsuza qədər bağlayım...
Bu tamaşada hər şey təbii idi. Burda hər sözün ayrı mənası vardı.
Özünə səhnə quran bu sözlər mənasız adını almışdı. Bir məna gəzirdim tamaşaya qiymət verim. Ancaq hardan? Bir məna tapa bilmirdim...Mən burda görmədiyim mənasız bir şeylərə görə, mənidə bu mənasız yerə bura gətirən Zahidə çox acıyırdım. Çox əsəbi idim. İnsanların düşüncəsi fərqli dedikcə hər bir düşüncənin özünün yaratdığı xaosu aydın görürdüm. Amma bunu o düşüncəyə deyə bilməzdim. Bu xaotik tamaşa canlı
səslərin mənasını dəyişmişdi. Burda senarisi bərbad olan tamaşanı izləməyə məni məcbur edən taleyimə gülürdüm...onsuzda ovcuma sığışan bu tamaşanın haqlı haqsız obrazlarını öz əlimlə qapada, yada istədiyimdə aça bilirdim. Özümə yoldaş etdiyim bu tamaşa məni sıxmağa incitməyə başlamışdı. Qapatdığımdada ovcumun içindən çıxmağa çalışan o səslərin bir dəfəlik kəsilməsini istəsəmdə, ordakı hər səsin bizə rəhm elə danışmağa başqa yerimiz yox deyən hər səsin, yalvarışını eşidib, əlimi telefondan çəkirdim. Mənası mənasızlığında olan bu tamaşa hələ irəlidə mənə çox yardımı toxunacağını dərk edirdim. Bunun bir adı vardı. Bu tamaşa səhnəsi olsada , zaman müstəvisində zamanımı öldürməyə böyük bir yardımçım idi. Mən çalışıb bu əsəri qorumalı idim, əsər ucuz olsada belə. Ucuz düşüncənin aqressiv məhsulu idi bu xaos. Onu belə buraxıb gedə bilməzdim. O xaosda mənim izim, varlığım vardı. İstəsəmdə ondan qopa bilməzdim....
Şəfəq Şərqiyyə Lətifli
20.11.2024