Haberi Sesli Oku

Türk dünyasının ortaq əlifbası – tarixi irsin gələcək körpüsü

Türk dünyasının ortaq əlifbası – tarixi irsin gələcək körpüsü

Görünən odur ki, Şərq və Qərb bloku bir-biri ilə mübarizə aparır. Dünyanın müxtəlif regionlarında qanlı savaşlar gedir, günahsız insanlar bağlı qapılar arxasında aparılan məkrli siyasətin qurbanı olurlar. Geosiyasi maraqlar həm də dünya iqtisadiyyatına sarsıdıcı zərbə vurur. Yaranan belə xaotik vəziyyətdə dost-düşməni müəyyənləşdirmək isə xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də Azərbaycan kimi təbii sərvətlərlə zəngin, əlverişli coğrafi mövqedə yerləşən dövlət üçün bu, ikiqat zəruridir. Bu baxımdan, rəsmi Bakı anlayır ki, qlobal miqyasda yaranan yeni reallıqlar türkdilli dövlətlər üçün mühüm perspektivlər vəd edir. Çünki türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhvali-ruhiyyənin yaratdığı birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, strateji məqamları ehtiva edən sivil əməkdaşlıq modelidir. Bu səbəbdən də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxil olduğu Türk Dövlətləri Təşkilatı regional güc mərkəzinə çevrilir. Quruma üzv ölkələr arasında siyasi, iqtisadi və sosial sahələrdə əlaqələr inkişaf edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sferalarda birgə fəaliyyət xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsi ilə xarakterizə olunur.

Türkdilli ölkələrin həmrəylik tarixi

Türk ölkələrinin birliyinin bu səviyyəyə çatmasının tarixi proseslərin nəticəsi olduğunu da qeyd etmək lazımdır. Hələ 1991-ci ildə "31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü" haqqında qərar qəbul olunub, Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I, Azərbaycan və türk diaspor təşkilatlarının I Forumu keçirilib və Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılıb. Birliyə Türkiyə İstiqlal müharibəsinin öndəri Mustafa Kamal Atatürkün də inamı böyük idi: "Türk Birliyinin bir gün gerçəkləşəcəyinə inanıram. Görməsəm də, bu xəyalla dünyaya gözlərimi bağlayacağam. Gələcəyin tarixi Türk Birliyi ilə yazılacaq və dünya öz dincliyini bu birlikdə tapacaq. Türklüyün varlığı bu köhnəlmiş dünyaya yeni üfüqlər açacaq. O zaman hər kəs günəşin və üfüqün nə demək olduğunu görəcək".

Zamanla rəsmi Bakı və Ankaranın münasibətlərinin yüksək səviyyəyə çatması digər dövlətlər üçün yol xəritəsi rolunu oynadı, yeni dəyərlər sistemi formalaşdı. Məhz 3 oktyabr 2009-cu il tarixinin türk dünyası üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulamaq lazımdır. Çünki 15 il öncə həmin gündə Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşü keçirildi. Bu Zirvə görüşləri 1992-ci ildə Ankarada, 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada da keçirilib. 2009-cu ildə Naxçıvanda baş tutan toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalanıb. Xatırlatmaq lazımdır ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçalayıb. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvan Zirvə görüşündə qəbul edilməsi böyük rəmzi əhəmiyyət daşıyır. Buna görə də 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunur. Ötən illər ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi maddi-mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir və ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlıq genişlənir.

Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili

Ümumiyyətlə, türk dünyası qlobal güc yolunda sürətlə irəliləyir. Eyni kökə və oxşar mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə isə bu xalqların ortaq əlifba və imlaya sahib olmalarının müstəsna əhəmiyyəti var. Bu baxımdan, ortaq türk ədəbi dilinə aparan yolda vahid imla qaydaları və əlifbanın mövcudluğu ilkin şərtlərdir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli qeyd edib ki, ortaq türk əlifbasının yaradılması türk xalqlarının birliyinin gücləndirilməsinə xidmət edən bir dövlət siyasətidir: "Artıq türk xalqları arasında mədəni, siyasi və iqtisadi əlaqələrin getdikcə gücləndiyi müşahidə olunur. Bu gün Azərbaycanın dövlət siyasətində türk xalqları arasında əlaqələrin şaxələndirilməsi və möhkəmləndirilməsi mühüm yer tutur. Məhz bu siyasətə müvafiq olaraq ortaq türk əlifbasının yaradılmasına böyük zərurət meydana gəlib. Bu əlifba gerçəkləşdikdən sonra gələcəkdə lüğətlərin, kitabların və digər mətbuat nümunələrinin nəşri nəzərdə tutulub. Bu, eyni zamanda ortaq ünsiyyətin yaranmasını sürətləndirəcək, çünki zamanın tələbi belədir və türk xalqları arasında inteqrasiyaya xidmət edir".

Əslində ortaq türk əlifbasının yaradılması məsələsi hələ 1926-cı ildə keçirilən I Türkoloji Qurultayda qaldırılmışdı. Amma təxminən bir əsr sonra türk dövlətləri bu istiqamətdə fəaliyyətə başlayıb. 2022-ci ildə Bursada keçirilən "Türk dünyası ortaq əlifba çalıştayı"nda əhəmiyyətli qərar qəbul edilib. Türk Dil Qurumu və TDT-nin əməkdaşlığı çərçivəsində türk dövlətlərindən olan alimlərin iştirakı ilə həyata keçirilən seminarda ortaq əlifbaya keçidin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Seminarda Türk Dövlətləri Təşkilatı nəzdində Ortaq Əlifba Komissiyasının yaradılması qərarı isə təşkilatın tarixində bir ilk olub. Ötən il 28-29 may tarixlərində Astanada Türk Dünyası Birgə Əlifba Komissiyasının ilk iclası keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ölkələrinə ortaq əlifbanın tətbiqini təklif edib. Bu il sentyabrın 9-da Bakıda Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Türk Dünyasının Ortaq Əlifba Komissiyasının üçüncü iclasının keçirilməsi Azərbaycanın digər türk xalqları kimi öz soykökünə bağlılığını bir daha nümayiş etdirdi. Komissiya bu əlifba layihəsində təkmilləşdirilməsi vacib olan məsələlərlə bağlı ətraflı müzakirələr aparıb, lazımi qərarlar verib. Nəticədə 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbadakı hər hərf türk dillərində olan müxtəlif fonemləri təmsil edir. Qeyd olunub ki, artıq hərflərdən 14-nün qəbul olunması qərarının nəticələri bütün türk dünyasında maraqla qarşılanıb.

Türk Dövlətləri Parlament Assambleyasının üzvü İsmail Cingöz bildirib ki, 90-cı illərdən bu günə qədər dəfələrlə sözügedən mövzuda fikir və mülahizələrin irəli sürülməsinin bəhrələri nəhayət, 9-11 sentyabr tarixlərində Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan "Türk Dünyası Ortaq Əlifba Komissiyası"nın üçüncü iclasında öz təsdiqini tapdı: "1990-cı illərdə Sovet İttifaqının dağılması ilə müstəqil türk dövlətləri yarandı. Bu türk dünyasında böyük sevinc və coşqu hissi ilə qarşılansa da, özü ilə bərabər əlifba problemini də gündəmə gətirdi. Məsələnin həllini tapması, türk dünyasının inteqrasiyası məqsədilə mədəniyyətlə tarixin vəhdəti nəzərə alınmaqla bərabər, ortaq əlifbanın yaradılması istiqamətində işlərə başlanılıb. Təbii ki, bu türk dövlətlərinin və türk dünyasının gələcəkdə inteqrasiyası, eyni fikir və baxışlar çərçivəsində hərəkət etməsi üçün böyük bir addımdır. Bu baxımdan, ümid edirik ki, yeni əlifba türk dünyasına faydalı olacaq və gələcəkdə bu problemin həllinə, mədəniyyətin, tarixin birliyinə bir örnək olacaq. Bu, həmçinin çox əhəmiyyətli bir inkişaf olaraq tarixdə yerini alacaq və gələcəkdə Türk dünyasının inteqrasiyasının sürətlənməsini təmin edəcək".

Razılaşdırılmalı olan məqamlar

Nəzərə almaq lazımdır ki, türk dünyası differensasiya nümunəsidir. Yəni türk xalqları zaman-zaman bir-birindən ayrılıblar. Bu gün həm də dünyada qloballaşma prosesi gedir və türk xalqlarının bu prosesdən geridə qalması qəbuledilməzdir. Bu zaman tarix özü ictimai-siyasi prosesləri sıxışdırır. Biz bu differensasiya ilə yanaşı, həm də inteqrasiyaya da maraqlıyıq. Ona görə də bu gün türk dünyasının şüarı daha çox inteqrasiya, daha az differensasiya kimi də qiymətləndirilə bilər. Əlifbada ciddi bir yenilik yoxdur, yəni latın əlifbasına keçmiş türk xalqlarının əlifbalarındakı işarələr aşağı-yuxarı eynidir. Yalnız bir neçə problem var ki, onlardan ən mühümü bütün türk dillərinin yazısında eyni səsin eyni işarəsinin olmasıdır.

Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, eyni hərfi eyni cür oxuyaq, yəni bilək ki, bu bizim də, onların da əlifbasında "s" kimi oxunur. Hazırda mövzu ətrafında geniş müzakirələr gedir. Türk dünyasında bu məsələ ilə bağlı səlahiyyətli elm adamlarının apardıqları müzakirələr xalqları, dövlətləri və elmi mühitləri ilə razılaşdırılır. Bu müzakirələr Türk Dövlətləri Təşkilatının himayəsində baş verir və son qərarı da qurumun tövsiyəsi ilə ayrı-ayrı türk dövlətləri, onların prezidentləri, parlamentləri elan edir. Amma mükəmməl bir nümunə vermək lazım idi ki, bu, türk dilləri üçün bir növ koordinasiya olsun. Yəni hər türk dövləti müstəqil qərar qəbul etməsin. Bu qarşılıqlı əlaqə inteqrasiyanın əsas göstəricilərindən biridir. Məsələn, elə türk xalqı var ki, bu gün eynən "ş"nı "sh"lə yazır. Özbəklər bu cür qəbul etmişdilər, amma müzakirələrdən məlum oldu ki, dəyişməlidirlər. Yəni türklər, azərbaycanlılar necə yazırsa, o cür də yaza bilərlər ki, fərqlilik olmasın. Elə türk xalqı var ki, məsələn, onun dilində "ə"nin işarəsi olsa da, səsi yoxdur. Türkiyə türklərində "ə" işarəsi yoxdur. Bir Azərbaycan, bir də qazaxlar istifadə edir. Çünki bu, onlar üçün o qədər əhəmiyyətli deyil. Amma bizdə "ə" səsi və onun işarəsi çox geniş istifadə olunur. Müzakirələrdə, əlbəttə, ümumi qarşılıqlı təkliflər olur. Məsələn, belə bir təklif səslənirdi ki, siz də "ə" işarəsindən imtina edin, bu hərflə olan sözləri "e" ilə yazın, "ə" ilə oxuyun. Amma biz bunu qəbul edə bilmədik, ona görə ki, bu dilimizin fonetik quruluşuna, ədəbi dilin normasına təsir edə bilər. Eyni zamanda bizə təklif olundu ki, bəlkə iki nöqtə ilə yazaq, onu da qəbul etmədik. Çünki biz artıq o təcrübəni keçmişdik. İlk dəfə latın əlifbasına keçəndə "A" üstündə iki nöqtə ilə yazıldı, amma cəmiyyət onu qəbul eləmədi. Hətta dedilər ki, "ə" işarəsi guya kiril əlifbasından gəlib. Təbii ki, biz onu çox asanlıqla sübut etdik. Bütün türk dünyasında ən böyük təcrübə bu sahədə Azərbaycana məxsusdur ki, bu, kiril əlifbasına aid olmayan bir işarədir. Bütün bu məqamlara görə müəyyən məsələlərə yenidən baxmaq lazımdır".

Əlifbanın gələcəkdə necə işləniləcəyinə gəldikdə isə ilk versiyaya görə, bu, Türk Dövlətləri Təşkilatının sənədlərində və ayrı-ayrı türk dillərində istifadə olunacaq. Qəbul olunan əlifba bütün türk dillərində işlənəcək. Amma burada söhbət ortaq türk dilindən getmir. Məsələ ümumi türk əlifbası ilə bağlıdır ki, hər bir türk xalqı bu əlifbadan özünəməxsus uyğun işarəni işlədəcək. Məsələn, "ə" işarəsi özbəklərdə, qazaxlarda var, amma qırğız, türkmən yazısında yoxdur, onlar işlətməyəcək. Amma bu işarə ümumtürk əlifbasında azərbaycanlılara məxsus bir simvol olacaq. Bu, ortaq bir dilə qarışdırılmamalıdır. Söhbət ayrı-ayrı türk dillərinin ümumişarə əlifba bazası korpusundan gedir ki, artıq bu, yaradılıb. Bundan sonra müvafiq normativlərlə hesablaşmaq labüddür. Həmçinin gələcəkdə bu əlifbadan istifadə etməklə monoqrafiyaların, jurnalların təsis olunacağını güman etmək olar. Bu dildə mətbuat da yaradıla bilər. Çünki çap işi olmasa, bu, heç zaman gerçəkləşə bilməz. Məsələn, latın qrafikalı əlifbaya keçid təqribən 10 il zaman aldı. Yəni proses kifayət qədər uzundur. Ortaq Türk Əlifbasında nəşrlər çap olunsa, onun istifadəsi genişlənəcək. Bura internet resursları da daxildir ki, onlar sözügedən əlifbanın uzunömürlülüyünü təmin edəcək. Türk dünyası üçün son dərəcə zəruri olan bu məsələnin həlli isə bütün ziyalıların, o cümlədən xüsusi olaraq türkoloqların qarşısında mühüm bir vəzifə kimi dayanır.

Hazırladılar:

Jalə QASIMZADƏ,

Nəzrin ELDARQIZI,

"Respublika".

 



Haber Editörü

İsmail Cingöz

hakandikmen30@gmail.com

Nene Hatun Milli Parkında çocuk olmak

Başkan Uçar; “Tarihimize sahip çıkacağız”

Devlet korumasındaki çocuklar kore gazisiyle buluştu

Dünyanın en iyi akademisyenleri listesinde Atatürk Üniversitesi’nden 20 akademisyen var

Rektör Hacımüftüoğlu’ndan Tümgeneral Altuğ’a hayırlı olsun ziyareti

Erzurum’da Gaziler günü kutlandı

Ambulans helikopter kalp krizi geçiren hasta için Erzurum-Artvin kara yoluna indi

Ne ölüye, ne de diriye faydanız yok; o koltukta ne işiniz var?

Tarihin bağrında bir yudum huzur…

Üç efsane bir arada

YKS ek tercih sonuçları açıklandı

Trakya Üniversitesi’ni İspanya’da temsil ettiler

400'e yakın özel okula fahiş fiyat cezası

Prof. Dr. Işık Görker, Türkiye Çocuk ve Genç Psikiyatrisi Travma Komisyonu başkanı seçildi

Bursateknopark, derin teknoloji ve F2F Bilişim'den iş birliği

ÖZYES sonuçları açıklandı

Geniş katılımlı Uluslararası 6. Agbiol Konferansı başladı

MEB'den 'sosyal duygusal becereler' için materyal

  BTÜ iş birliğinde doğal afet ve teknoloji sempozyumları gerçekleştirilecek

İzmir'in iki önemli projesine TÜBİTAK 4008 desteği

Nene Hatun Milli Parkında çocuk olmak

Türk siber güvenlik devi 45 milyon dolarlık yatırım aldı

Hudutlarla mücadele sürüyor

Gaziler Günü’nde şehitlik ziyareti

Bilecik’te çiftçiye tam destek

İmamoğlu gazileri ağırladı

Bakan Tekin Elazığ'da konuştu

Ülkenin siber güvenlik kalkanı USOM

Yankı Bağcıoğlu'ndan kritik çağrı: 'Türkiye çapında acilen siber savunma tatbikatı yapılmalıdır'

Başkan Bozbey, "Kreşlerimizin sayısını çoğaltmayı hedefliyoruz"

Bahçeli HÜDA PAR’a sert çıktı: Anayasa’nın ilk 4 maddesi kırmızı çizgimizdir

İstanbul’da organize suç örgütüne “Kuyu-26” operasyonu: 6 tutuklama

Bursaspor'un Ergene maçının hakemi belli oldu

Bursa Doğanköy’de ulaşım çilesi bitmiyor

Yeni Ankara Adalet Sarayı'nın temeli atıldı

Bursa'da doğrudan temin alım ilanlarına ulaşmak artık çok kolay

Milletvekili Şan: 'Gazilerimiz, milletimizin onurudur'

Daha yeşil bir Mudanya için temizlik yaptılar

Akçeşme-Boztepe yolu sorunu hala çözülmedi

Kadıköy’de oynanacak derbi cep yakacak!

Bahçeli'den Özgür Özel'e rakı tepkisi: 'Deli saçması'

İdare Mahkemeleri'ne 2 yeni mahkeme daha... Toplam sayı 214'e yükseldi

Merkez Bankası, Eylül ayı faiz kararını açıkladı: Faiz yüzde 50’de sabit kaldı

Tarım ve Orman Bakanı Yumaklı’dan Edirne turu

CHP’den okullarda bedava yemeğin kaldırılmasına ve hijyen yetersizliğine tepki

İstanbul Şehir Tiyatroları'ndan yeni sezona zengin repertuvar

Bakan Fidan'dan dikkat çeken açıklamalar! 'Esad ile görüşmeye hazırız'

Narin cinayeti soruşturmasında son durum...

TSK'nın haberleşme araçları güvenli mi?

Devlet Bahçeli'den sert çıkış

Yükleniyor