9659,48%0,49
37,97% 0,11
41,09% 0,07
3764,67% 0,91
6070,97% 1,51
Söz önü:
Bu yazimı prezident İlham Əliyev üçün yazıram. Dəyişmək istəyən bir cəmiyyətin harayını çatdırmaq istəyirəm. Azərbaycanda xalqın iradəsinin, səsinin boğulmasının kiçik bir mənzərəsidir bu yazı. Seçki sisteminin çürük olduğunu, seçki siyasətinin inkişaf etmək istəyən bir cəmiyyətin maraqlarina zidd olduğunu çatdirmaq istəyirəm.
Eyni zamanda sayın İsa Qəmbərin, Əli Kərimlinin, əziz müəllimim Cəmil Həsənlinin, sayın Sabir Rüstəmxanlının, vəkillərim Valeh Mirzeyevin, Ələkbər Murğuzlunun, Valide Ağamalıyevanin, İzzət Məmmədovun, dostum Əli Mustafanın, Qələndər Muxtarlının, Paşa Həsənlinin, Sərdar Əlibəylinin də bu yazıni oxumasını arzulaýiram. Çünki bu yazı bir Azərbaycan mənzərəsi sunmaqdadir.
Bu gün Sevinc Osmanqizinin rəhbərlik etdiyi Osmanqızı tv - də Bəybala Ebilovun parlament seçkileri haqqinda təhlillərini dinlədim. Əla təhlil idi. Bu təhlildə
Söhbət ancaq parlament seçkilərindən getmirdi, ölkədəki statik vəziyyətdən qurtulmaq, dəyişmək, rifah cəmiyyəti qurmaq istəyən Azərbaycan xalqınin arzusunu, çırpıntısını, iradəsini əzən YAP sisteminin seçki siyasətinin səbəbləri, nəticələri təhlil edilirdi.
Bir daha parlament seçkileri yadima düşdü.
Bildiyiniz kimi, sonuncu parlament seçkilərində namizədliyimi Sumqayıt 42 sayli 1 ci seçki dairəsindən irəli sürmüşdüm. Uğurlu seçki kompaniyası apardim. Seçkini qazandım. Yetərli səs topladım. Xalqdan Dəstək aldim.
Sumqayit İcra hakimiyyətində qapali iclaslar çağirıldi, məktəb direktorlari müəllimlər səfərbərliyə alindi. Yasəmən Qaraqoyunluya qarşi mübarizə aparilmasi tapşiriği verildi. Nə edirsiniz edin, qutudan Yasəmən Qaraqoyunlunun çixmasının qarşisini alin təlimati verildi.
İcra hakimiyyətindəki iclaslarda Yasəmən Qaraqoyunlu "Əli Kərimlinin şinelindən çıxıb", "Yasəmən Qaraqoyunlu dövlətçilik düşmənidir" ifadələri işlərilmişdi. Bu ifadələr Əleyhimə aparilan təbliğatda əsas istiqamət idi.
Halbuki mənim bu gün Əli Kərimli ilə heç bir bağlantim yoxdur. (Əli Kərimli də Xalq düşməni deyil. İstiqlal uğrunda mubarizə aparmış, qalib gəlmiş, dövlət qurmuş bir partiyanın sədridir. Sayğı duyuram)
Mən müstəqil siyasətçiyəm. Heç bir partiyanın üzvü deyiləm.
Öz yolum, öz müstəqil siyasi strateji baxışlarım var.
Siyasi baxışlarım, fikirlərim, yolum Əli Kərimlinin baxışlarından fərqlidir. Mən AvroAtlantik sistemin müdafiəçisi deyiləm. Nə Rusiya nə də AvroAtlantik sistemə inteqrasiya mənim şüarım, hədəfim deyildir. Mən TDT-nın müdafiəçisiyəm. Türkiyə-Azərbaycan konfrderativ birliyinin qurulmasina çağirış edirəm, gələcəyimizin, perspektivimizin TDT -da olmasına inanıram, TDT- nın gələcəkdə Türk Birləşmiş Dövlətlərinə çevrilməsi uğrunda mübarizə aparıram, çağirış edirəm. Bəli biz Türk dövlətləri arasındaki inteqrasiya prosesini tamamlayıb, Türk Birləşmiş Dövlətlərini qurmaliyiq. Tək millət, Tək Dil, Tək Dövlət mənim hədəfimdir.
Mən siyasətə iqtidar- müxalifət, ağ-qara cəbhəsindən baxmıram, bütövlükdə Azərbaycan cəbhəsindən baxıram, Türk Cəbhəsindən baxıram, Milli maraqlar perspektivindən baxıram.
Məhz buna görə də, bu gün TDT, Türkiyə ilə inteqrasiya, müstəqil çox vektorlu xarici siyasət, Zəngəzur, Qərbi Azərbaycan məsələlərində fikirlərim daha çox İlham Əliyevin fikirləri ilə üst- üstə düşür. Bu davalarda İ.Əliyevin ən böyük dəstəkçisiyəm.
Milli Azadlıq hərəkatindan gəldiyimə görə məni Əli Kərimlinin adami kimi təqdim edirdilər. Mən Rəsulzadənin, Elçibəyin ideallarını paylaşan biriyəm, amma tam müstəqil bir şəxsəm. Sözümü iqtidara da, müxalifətə də deyə biləcək dərəcədə azad və müstəqil baxışları təmsil edirəm. Mən siyasətdə nə iqtidar cəbhəsinə, nə müxalifət cəbhəsinə aid deyiləm, mərkəzdə dayanan birisiyəm. Mərkəzəm.
Eyni zamanda bu gün kim ki, YAP üzvü deyil, kim ki, YAP-ı, höküməti tənqid edir onu "dövlətçilik düşməni" adlandirirlar. Azərbaycana bu çirkin ifadəni də YAP gətirmişdir. YAP özünü dovlətlə eyniləşdirmişdir, özünü dövlətin təmsilçisi hesab etdiyinə görə YAP-çı olmayan tənqidçiləri "Dövlətçilik düşməni" adlandırıb gözdən salırlar. Qısaşı- YAP a görə, YAP siyasətini dəstəkləməyən bütün alternativlər "dövlətçilik düşməni" dir. Oysa ki mən YAP-ın bir çox mənfi siyasətini dəstəkləməmək və tənqid etmək haqqına sahibəm.
Höküməti tənqid etdiyim üçün məni "dövlətçilik düşməni" adlandırirlar. Bu ölkəmizdə siyasi şüur səviyyəsinin aşaği olduğunu göstərir. ÝAP hakimiyyətdədir, amma dövlət deyildir, hakimiyətə gəlmiş bir partiyadir və hakimiyətdə olan bir partiya kimi də tənqid olunmasi doğaldir, hətta gərəklidir. YAP bir gün hakimiyyətdən gedəcəkdir. Bir partiyanın hakimiyyəti əbədi ola bilməz, hakimiyyət keçici, dövlət qalıcıdır. Nə İlham Əliyev nə də YAP dövlət deyildir, hökümətdir, dövlət daha geniş anlayışdir, Dövlət millətindir. Atatürkün dediyi kimi, Egemenlik kayıtsız şartsiz millətə məxsusdur!
Mən hökümətə, YAP hakimiyyətinə çalışmıram, Dövlətə çalışiram. Dövlət hamımızındır. Dövlətin sahibi bizik. Dövlət Elçibəydən də, H.Əliyevdən də üstündür, hələ bundan sonra da çox Elçibəylər, H.Əliyevlər doğulub Dövlətə xidmət edəcəklər. Hətta Türk milləti onlardan da parlaq şəxsiyyətlər doğurub dövlətin başina keçirəcəkdir.
Azərbaycanda ən böyük dövlətçilərdən biri elə şəxsən özüməm, Yasəmən Qaraqoyunludur. Fəxr edirəm ki, İstiqlal Hərəkatının təmsilçisiyəm, Milli Azadlıq Hərəkatınin içindən çıxmışam, böyük milli- siyasi yol keçmişəm.
Görürsünüzmü Sumqayıta rəhbərlik edənlərin düşüncə səviyyəsini. Sumqayıtda məktəb direktorlarinin, məntəqə sədrlərinin düşuncə səviyyəsini. Dövlətlə hökümətin fərqini bilməyənlər Azərbaycanın gələcəyinin müəyyənləşməsində iştirak edirlər. Yazıqlar olsun!
Təkcə Sumqayıtda orta məktəb müəllimləri, məntəqə sədrləri belə düşünmür ki, AMEA sisteminde belə, professorlar, akademiklər H.Əliyev siyasətini dəstəkləməyənləri- daha doğrusu H.Əliyev şəxsiyyətinə pərəstiş etməyənləri, onun ailəsinə, heykəllərinə boyun əyməyənləri "dövlətçilik düşməni" adlandirib dışlayırlar. Rəzalət!
Yasəmən Qaraqoyunlu heykəllərə, bütlərə sitayiş edib boyun əyən şəxs deyildir, bəlkə bütləri sındiran, düşüncələri aydinladan biridir.
Ümumiyyətlə isə SSRİ-nin dağilmasından sonra, mənim Azərbaycan siyasəti haqqindaki təsəvvürüm budur ki, başda Əbülfəz Elçibəy olmaqla AXC-Müsavat birliyi, hərəkatı, Partiyaları, Azərbaycanı Rus İmperiyasının işgalından azad etmişdir, Azadlıq hərəkatının, İstiqlal Hərəkatınin müəllifləridir, varisləridir, Azərbaycan dövlətini bərpa etmişlər. Tarixləri şərəflidir.
YAP hakimiyyəti isə Azərbaycan dövlətinin gücləndirilməsində, böyüməsində, Qarabağın Erməni işğalından azad edilməsində, Erməni Cəbhəsini, Erməni ideologiyasıni, kilsəsini, diasporunu yenməklə Türk Millətinə, Azərbaycana müstəsna xidmət göstərmişdir. Bu qələbənin, uğurun sahibi də Azərbaycan xalqi və başda İlham Əliyevdir. Bəli İlham Əliyev qalib baş komandandir!
Qərbi Azərbaycan davasini sahiblənmek də İ.Əliyevin ən böyük ugurudur.
Bu davani sahiblənməyən, Qərbi Azərbaycan davasıni " tayfabazliq" kimi dəyərləndirən müxalifətin isə uğursuzluğudur. Qərbi Azərbaycan davasi 1918-ci ildən sonra qurulmuş Cənubi Qafqaz cografiyasının siyasi xəritəsini yenidən dəyışmək gücünə malikdir. Qərbi Azərbaycan Bütöv Azərbaycanin bir parçasıdir, Vətən davasıdır. Azərbaycan iki yerə deyil, 5 yerə parçalanmışdir ki, onun bir parçası da Qərbi Azərbaycandir, Qərbi Azərbaycan davasıdır. Qarabağ savaşında İ.Əliyev hökümətinin yanında olduğum kimi, Qərbi Azərbaycan savaşında da İ.Əliyevə dəstək verəcəyəm. Bu savaş vətən savaşidir.
Nə iqtidarın, nə müxalifətin propaqandasina boyun əyməyərək, obyektiv düşünərək Azərbaycanin son 30 illik tarixini belə xarakterizə edirəm və iddia edirəm ki, az bir tarixi zaman içində bu bir millət üçün böyük başarıdır. Bu başarılarda AXC-Müsavat birliyinin də, YAP-in da xidmətləri vardir.
Bir daha qayidaq "dövlətçilik düşməni" uydurmasına və cavab verək.
Azərbaycanda dövləti quranlardan biri də Yasəmən Qaraqoyunludur bunu unutmayin.
Dövlətin istiqlali uğrunda, gücləndirilməsi uğrunda mübarizə aparan Yasəmən Qaraqoyunlulardir.
Mən bütün gəncliyimi, həyatimi həsr edib dövləti Rus imperiyasından azad etdim oldum "dövlətçilik düşməni", Hicran Hüseynova dövləti ələ keçirib sahibləndi, oldu "dövlətçi".
50 gün Sumqayıtın küçələrini gəzdik, 20 gün gecə gündüz insanlarla görüşüb təbliğat apardıq. Ev ev, məhəllə məhəllə gəzdik, Seçiciləri səs verməyə gəlməyə inandırmağa çalışdıq və şahid olduq ki, heç kim seçkiyə inanmır. Hamı xeyri yoxdur, bizim seçməyimiz heç nəyi həll etmir, deputat yuxarıdan təyin olunur deyirdi. Şahid olduq ki, seçici hökümətə, dövlətə, seçkiyə, haqqa, ədalətə, qanuna inanmır. Seçkiyə bir oyun kimi baxır.
Lakin hami bir gözlənti, bir dəyişiklik intizarındadır. Hami gizlicə qurtuluşçu, xilaskar axtarışındadır. Hamı gözləyir.
Hamı belə olmayacağını, belə getməyəcəyini bilir və gözləyir. Bu, Səsləri, haqqi tapdalanmış, boğulmuş bir toplumun sosialogiyasıdır.
Haqq arayışı və Gözləmək...
Sumqayıtın əksər problemlərini artıq bilirəm. Bilirəm ki, şəhərdə su təminatı yetərli deyil, su əhaliyə saatla verilir. Hicran Hüseynova isə Sumqayıtda su problemini həll etmək əvəzinə Fransada özünə bina tikdirir. (Mediada bu barədə informasiyalar yayılmışdi). Onu da bilirəm ki, son 30 ildə Sumqayit tərəqqi edən şəhər deyil, tənəzzül edən şəhərdir. Belə...
Budur Azərbaycan gerçəkləri.
Seçki günü məntəqələrdə tam bir savaş yaşandı, Azərbaycan adına utanc gətirən hadisələr baş verdi. Dəstə dəstə jek işçiləri, süpürgəçilər məntəqələrə gətirildi, səslər saxtalaşdirildı. Bir daha xalqin iradəsinə qarşi cinayət işlənildi. Xalqin səsi, sözü heçə sayıldı. Seçkilərə inam sarsildi. Elə rəzalətlər yaşandı, qanunsuzluqlar baş verdi ki, məcbur olub dairə sedri Ruslan Hacıyevi işdən çixartdılar. Ruslan Haciyevin vəzifəsi seçki keçirmək idi, seçki işini təşkil etmək idi. Lakin adam bütün məntəqə sədrlərini səfərbər edib mənə qarşi mübarizə aparırdı. Adam səmimi şəkildə etiraf edirdi ki, yuxaridan kimi deyirlərsə, kimin adı qarşıma qoyulursa, mən qutudan onu çıxartmağa məcburam. Hətta mənə dönə dönə səmimi şəkildə demişdi ki, geri çəkil, yuxarıda artıq təyinat olunub. Mən yuxarıların təyin etdiyi deputatin "seçildiyini" elan etməyə məcburam. Belə də oldu. Məntəqə sədrləri hələ heç seçki protokollarını möhürlememiş, DSK seçki protokolunu mənə təqdim etməmiş, Məzahir Pənahov efirdən Hicran Hüseynovanın seçildiyini elan etdi.
Ruslan Hacıyev isə mənə qarşı mübarizəni yaxşi təşkil edə bilmədiyinə görə cəzalandırıldi.
Seçki saxtakarlıqlari haqqında DSK, MSK, Sumqayıt Apelyasiya məhkəmələrinə sənədlər, faktlar, sübutlar təqdim etdim, şikayətlər etdim və şahid oldum ki, dövlət sistemi böyük bir yalanın, saxtakarlığın içində itib- batıb. Məhkəmə deyilən qurum saxta bir qurumdur. Dövlət aparati tək bir adamın əlindədir, İ.Əliyevin iradəsinə tabedir və ədalətə söykənməyən bu sistem çürük, əzici, yalançi bir sistemdir.
Bəli İ.Əliyev Qarabağ savaşini qazandi, lakin Azərbaycanda ədalətli hüquq sistemi, ədalətli cəmiyyət, ədalətli dövlət qurmaq savaşını qazana bilmədi. Yenildi!
Onun qurduğu bu idarəçilik sistemi Millət dövləti kriterlərindən uzaq, klan dövləti kriterlərinə uýğun bir sistemdir.
Bütün bunlara rəğmən,
Mən bu seçkidə uduzmadım, qalib gəldim. Seçildım.
Sumqayıtda əhali, seçicilər Yasəmən Qaraqoyunlunu seçdi.
Lakin Hicran Hüseynova təyin edildi.
Nöqtə.
Seçkinin səhərisi günü 50 gün mənimlə çiyin - çiyinə çalışmış, böyük əmək vermiş bir Bəy əfəndi səhər tezdən saat 8 də qapimızı çaldi. Yasəmən xanima 2 kəlmə sözüm var dedi. Qapıya çıxdım. Onu sınmış, ümidsizləşmiş, sarsılmış gördüm. Çox pis vəziyyətdə idi. Ağlaya- ağlaya "Sənə heyfim gəlir, Yalvarıram çıx get bu ölkədən. Sən çox böyüksən. Bu cəmiyyət sənə layiq deyil. Özünə, balalarına yazığın gəlsin. Get öz ailənin xoşbəxtliyi üçün yaşa" dedi.
Bacarmaram, Haqq arayışı mənim taleyimdir dedim.
İçimdə iki qarşısıalınmaz sevda var.
Fəlsəfənin məqsədi Həqiqəti dərk etməkdir.Mənim də içimdə Həqiqəti anlamaq, Haqqa çatmaq sevdası var.
İnsani yüksəltmək sevdası var. Haqqın və ədalətin qorunduğu dövlət və cəmiyyət qurmaq sevdası var. Ədalətsizliyi ədalətlə ortadan qaldirmaq sevdası var.
İnsan böyükdür, Haqqdır, xoşbəxt olmalidir dedim. Məni dəstəkləyən insanlar Haqq arayanlar idi, onlari qoyub gedə bilmərəm dedim.
Son olaraq anlayanlar üçün zəruri qeyd:
Sumqayıt bir türk şəhəridir. Mafiyadan azad olmalıdir.
Prof. Dr. Yasemin Karakoyunlu